Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məktəbin həyəti, yoxsa direktor Səidə Hacıyevanın inəklərinin örüş yeri ? - Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın qanunsuz əməlləri …
Tarix: 09-02-2022 | Saat: 14:05
Bölmə:M / Karusel / Gündəm / Təhsil / Araşdırma | çapa göndər

Məktəbin həyəti, yoxsa direktor  Səidə Hacıyevanın inəklərinin örüş yeri ?  - Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın qanunsuz əməlləri …



Cənab Emin Əmirullayev, məktəbin direktor müavini saxta diplomla işləyir

Haqqında bəhs  edəcəyimiz  Füzuli rayon Təhsil Şöbəsi  ilə bağlı  qısa məlumatı  oxucuların nəzərinə çatdıraq. 
Rayon TŞ-nin  tabeliyində  79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir.
2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub. 
İcra hakimiyyətinin saytında yazılır…2020-ci ildə orta ixtias və ali təhsil müəssisələrinə  qəbul olan şagirdlərin sayı MƏLUM DEYİL…
Rayon üzrə ümumtəhsil məktəbləri 540 ədəd kompyuterlə təmin edilib , 33 məktəb və Füzuli RTŞ-nin binası birbaşa internet şəbəkəsinə qoşulub.
Görəsən, bu boyda məlumatdan sonra rayon üzrə ali məktəblərə və kolleclərə qəbul olan tələbələrin sayı NİYƏ MƏLUM DEYİL ..? 
Cənab təhsil naziri Emin Əmirullayev, necə olur ki, rayon üzrə ali məktəblərə və kolleclərə qəbul olan məzunların sayı bəlli olmur ? 
Bu bəlkə dövlət sirri-zaddır ? 
Ümumiyyətlə, məktəblərimizdəki vəziyyət ürəkaçan deyil. 
Gündəlik-Bakıya  daxil olan video və audio məlumatlardan bəlli olur ki, Füzuli Rayon Təhsil Şöbəsində vəziyyət  isə daha acınacaqlıdır. 
Belə ki, redaksiyamıza müraciət edən Füzuli rayonu, Araz Yağlıvənd kənd  sakini  Alıyeva Ziyafət Mirzalı qızı bildirir ki, Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbində qanunsuzluqlar baş alıb gedir.
Belə ki, məktəbin direktoru olan Səidə Hacıyeva məktəbin həyətində  öz şəxsi təsərrüfatına aid olan inəkləri, mal-qaranı otarır. 
Şikayətçininn yazdıqlarından bəlli olur ki, məktəbdə istilik sistemi yoxdur, odun sobası yandırırlar və şagirdlər tüstüdən dərs otaqlarında otura bilmir, dərslər yarımçıq kəslir. 
Müraciətdə o da qeyd olunur ki, məktəbin direktoru Səidə Hacıyeva  dövlət tərfindən məktəbə ayrılan idman avadanlıqlarını  sataraq mənimsəyib. 
Məktəbin fizika, kimya, biologiya otaqlarına verilən  fizika, kimya, biologiya avadanlıqları isə  direktor Səidə Hacıyeva və RTŞ-nin müdiri Ramella Məmmədova tərəfindən mənimsənilib. 
Bütün bunlar azmış kimi məktəbin müəlliməsi Pərvanə Quliyeva  saxta diplomla  məktəbdə direktor müavini işləyib. Direktor müavini işləyən zaman  qeyri-qnuni olaraq  vəzifə maaşı ilə bərabər  dərs yükünə görə də maaş alıb. 
Bütün bu qanunsuzluqların arxasında  dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. 
Şikayətçi  xahiş edir ki, onun müraciətini və göndərdiyi canlı video görüntüləri ictimailəşdirək.
Biz də üzümüzü  təhsil  naziri Emin Əmirullayevə tutaraq soruşuruq ki, bütün bu biabırçılıqlardan xəbəriniz varmı ? 
Təhsil şöbələrində baş verən qanunsuzluqları, cinayət əməllərini mediadan öncə  siz bilməli və tədbir görməlisiniz, cənab nazir ?
Cənab nazir, məgər məktəbin həyəti mal-qara üçün örüş yeridir ? 
Ümid edirik ki, yazıda işıqlnadırılan problemlərə yaxın zamanda Təhsil Nazirliyi aydınlıq gətirəcək. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(gundelik-baku.com)


Xəbəri paylaş

4398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___