Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Prezident sadəliyi ilə məni məftun etdi” - İbad Hüseynov
Tarix: 11-10-2021 | Saat: 10:25
Bölmə:M / Karusel / Gündəm / Ekskluziv | çapa göndər

“Prezident sadəliyi ilə məni məftun etdi”



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Milli Qəhrəman İbad Hüseynovla da görüşüb. İ. Hüseynov görüş barədə təəssüratlarını “Qafqazinfo”ya bölüşüb.
O bildirib ki, görüşdə çox həyəcanlı olub: 
“Bu həyəcanı illər öncə, toyum günü Ulu Öndərin mənə şəxsən zəng edib təbrik etdiyi gün, həmin unudulmaz saniyələr ərzində keçirmişəm. Və bir də oktyabrın 9-da. Ancaq yüz dəfələrlə labüd ölümün pəncəsinə atılaraq, ən ağır döyüş tapşırıqlarını yerinə yetirdim, heç zaman qorxmadım, həyəcan keçirmədim.   
Oktyabr mənim üçün ən əlamətdar aylardan biridir. Bu ay Ulu Öndər məni Azərbaycan Bayrağı ordeni ilə təltif edib. Azərbaycanın Dövlət müstəqilliyini bərpa etdiyi gün- 18 oktyabr tarixi mənim doğum günümə təsadüf edir. Və ən nəhayət, 9 oktyabr tarixində, Hadrut qəsəbəsinin işğaldan azad edilməsilə bağlı təşkil edilən dövlət tədbirində ilk dəfə  müzəffər Ali Baş Komandanla canlı təmasda oldum. Onu da etiraf edim ki, elə ilk saniyələrdə həyəcan dərhal yox oldu. Cənab Prezident sadəliyi, səmimiyyəti və xoş rəftarı ilə sözün əsl mənasında məni məftun etdi.
Həmçinin oxuyun: Prezident İbad Hüseynovla da görüşüb 
Bu şəxsiyyətlə təmas qurmaq açığı, böyük məsuliyyət tələb edir. Məni ən çox təəcübləndirən Prezidentin  həddən artıq sadə, duyğusal olmasıdır. Vaxtının çoxunu işğaldan azad edilmiş torpaqlara həsr etməsi onun gözəl Qarabağa vurğunluğundan, sevgisindən irəli gəlir. Hadrut qəsəbəsindən 12 kilometr aralıda yerləşən qədim Tuğ kəndinə səfərimiz zamanı, bu kəndi hamıdan yaxşı tanıması ilə Prezident yenə də hamını təəccübləndirdi”.
Onun sözlərinə görə, son dərəcə böyük hərbi-strateji əhəmiyyətə malik Hadrut qəsəbəsinin geri alınması Qarabağın dağlıq ərazisinə və Şuşamızın azad olunmasına gətirib çıxardı: 
“Bu elə bir fantastik qələbə oldu ki, dünyanın ən aparıcı dövlətlərinin ordu qərargahları hələ uzun illər Azərbaycan təcrübəsinə istinad edəcək və bu müharibə tədqiqat obyektinə çevriləcək. Burada indiyədək mövcud olan elmi- hərbi nəzəriyyələr və təsəvvürlər tamamilə alt-üst oldu. Ermənilər də tədricən etiraf edirlər ki, Qarabağın azad olunması Azərbaycanın haqqı idi: çünki Azərbaycanın Prezidenti bu yolda mümkün olan bütün zəruri addımları atdı. Azad olunmuş torpaqların nəhəng tikinti meydanına çevrilməsi də İlham Əliyev zəkasının məhsuludur. Biz İlham Əliyev şəxsində sübut etdik ki, Azərbaycan lideri “dəmir yumruğa” malik olmaqla yanaşı, həm də qurub-yaradan kimi də tarixə düşüb. Belə liderə malik olan xalq, dövlət, xariqələr yaratmağa qadirdir. Heç kimin şübhəsi olmasın ki, ən yaxın zaman kəsiyində Qarabağımız əvvəlki füsunkar gözəlliyini bərpa edəcək, daha da inkişaf edərək sözün əsl mənasında dünyanın ən böyük, ən gözəl bağına – cənnət bağına çevriləcək”.



1318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___