Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Əslində içəri girən kimi getməyimizə peşman olmuşduq..." - GİLEY
Tarix: 10-09-2021 | Saat: 12:05
Bölmə:M / Karusel / Gündəm | çapa göndər




Novxanıdakı "AF hotel"in restoranında şam yeməyinə gedən müştərilər xoşagəlməz hallarla qarşılaşıblar.

Müştəri Emil Bayramovun sözlərinə görə, natəmizliklə yanaşı, hesab vaxtı da artıq qiymət yazıblar:

"Əslində içəri girən kimi getməyimizə peşman olmuşduq, sadəcə girişdə ödəniş etdiyimiz üçün artıq gec idi. Hovuz, restoran stolları çirkli və saydıqca bitməyən bir sıra problemlər. Bunlar azmış kimi, hesabda da ağıllarına gələni etmək istəyirdilər.

Deməli, "55 manat" yazılan qaimə gətirdilər. Dedim: "Bu nə hesabdır belə? Bu qiymətlər şəhərdə ən yaxşı "Aquapark" çimərliklərində heç yoxdur". İşçi mənə qiymətin belə olduğunu dedi. Menyunu gətirməsini istədim. 30 dəqiqə sonra "üzr istəyirəm, bu, sizin hesab deyil, orada səhvən "moxito" yazılıb" dəyərək üzrxahlıq etdi. Amma orada nəinki "moxito", heç nə düz yazılmamışdı. Bunu ona deyəndə məndən səbəbini soruşdu. Gördüm, onu başa sala bilməyəcəyəm, təkrarən menyunu gətirməsini istədim.

Bu zaman ikinci qaiməni gətirdi və orda "36 manat" yazılmışdı. Administratorun adından da səhvə görə üzr istədi.

Qısacası, başınızı ağrıtmayım. Əgər getmək istəsəniz, qəti şəkildə məsləhət görmürəm. Onu bilmirlər ki, menyu və hesab fərqli olduğu üçün əməlli bunlara "başağrı" ola bilərəm".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//sonxeber.az//


Xəbəri paylaş

3538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___