Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəkidə ət dükanına saxta sənəd düzəldib aylıq pay alan məmur kimdir? - İLGİNC FAKT
Tarix: 06-08-2021 | Saat: 10:23
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Şəki rayon İcra Hakimiyyətindən, xüsusən də başçı Elxan Usubov və digər məmurlar haqqında elektron kütləvi informasıya vasitələrində və sosial şəbəkələrdə çoxsaylı şikayətlərə rast gəlmək mümkündür. İcra başçısı Elxan Usubovun daha çox var-dövləti barəsində yazılırsa,digər məmurların rayonda yaratdıqları sosial narazılıqlardan bəhs olunur.

Aktualinfo.org-a müraciət etmiş Şəki sakinlərinin bu müraciəti bir az fərqlidir. Burada şəhid ruhuna ehtiramdan gedir ki, Şəki rayon sakinləri daim onu uca tutrlar. Amma müəyyən vəzifəli şəxslər də tapılıb ki, şəhidlərin uyuduğu müqəddəs torpaqları alqı-satqı,mübahisə predmetinə çebiriblər.

Redaksiyamıza verilən məlumatda belə bildirilir ki, Şəki-Qax yolunun Köndələn yol adlanan hisəsində, Selbasan kəndinə dönən yerdə şəhidlərin uyuduğu qəbristanlığın yol tərəfdəki hissəsi bir qəssaba satılmışdır. Buradakı ağaclar kəsilərək yerində qəsssab dükanı inşa ediblər. Kənd camaatının dəfələrlə etdikləri etirazlara baxmayaraq bu obyektə saxta sənəd düzəldiblər. Məlumata görə qəssab dükanının sahibinin oğlu Dəyanət hazırda Şəki Rayon Məhkəməsində hüquq məsləhətçisi vəzifəsində işləyir. Ona görə də qəbristanlığı zəbt edərək özlərinə biznes yeri açan bu adamlar qorxmadan, çəkinmədən bəyan edirlər ki, gedin hara istəyirsiniz şikayət edin, sənədimiz var,vəssəlam. Digər məlumata görə qəssab üçün bu saxta sənədi təşkil edən məmurun sürücüsü hər ay gəlib dükandan 2.5 kq ət payı aparır.

Sakinlərin sözlərinə görə, bu kənd qəbristanlığında kənd sakinlərilə yanaşı, 1-ci Qarabağ Müharibəsində şəhid olmuş 18 nəfər şəhidlərimizin də qəbrləri vardır. Çox təəssüflər olsun ki, 2-ci Qarabağ Müharibəsində şəhid olanları bu qəbristanlıqda yer olmadığına görə başqa yerdə dəfn etməli oldular. Sakinlər qeyd edirlər ki, qəbristanlıq və onun daxilində olan “Palıd baba” ziyarətgahı onlar üçün əsrlər boyu müqəddəs yer sayılıb. Digəl ki, belə bir müqəddəs yerdə bazar açıb, ət dükanı biznesilə məşğuldurlar. Sakinlər ümid edirlər ki, şəhidlərimizin uyuduğu qəbristanlıq ağaclarını kəsib torpağını qanunsuz zəbt etmiş qəssab barəsində Şəki rayon İcra Hakimiyyəti qanunamüvafiq tədbir görəcəkdir

Şəkidə ət dükanına saxta sənəd düzəldib aylıq pay alan məmur kimdir?
Şəkidə ət dükanına saxta sənəd düzəldib aylıq pay alan məmur kimdir?

Şəkillərdən də göründüyü kimi ət dükanı çoxillik ağacların kəsildiyi bir yerdə tikilib ki, bura 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətindədir. Buraya digər sənəd verən qurumlardan yerli bələdiyyə və İcra nümayəndəlikləri ola bilər. Təbii ki,tikintisinə icazəni İcra Hakimiyyəti verir. Görəsən antisanitariya vəziyyətində olan bu dükanın tikintisinə sənəd verib ayda pay alan məmur kimdir?



Xəbəri paylaş

5268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___