Azərbaycanda bu tarixdə karantin sərtləşdiriləcək - Həkim
Tarix: 18-07-2021 | Saat: 11:37
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur. Ştammlar bütün ölkələrə yayılsa, bu, qaçılmazdır.
Bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, hazırda hökumətin və Operativ Qərargahın üzərinə böyük yük düşür:
“Koronavirus mutasiyaya uğramağa davam edir və mutasiyaların hər biri özünü fərqli şəkildə büruzə verir. Alfa, beta, qamma, delta ştammları aydın simptomlara görə daha çox fərqlənirlər, amma bu ştammların genomu eynidir. Delta ştammının digər COVID-19 variantlarından fərqi daha çox yoluxucu olmasıdır. Hindistanda vəziyyət dəhşətlidir, milyonlarla xəstə, minlərlə ölən var. Cəsədlər küçələrdə, kütlə içərisində toplanır ki, bu da hər kəsdə qorxunc bir mənzərə formalaşdırır. Virusoloqlar delta ştammının Hindistanda göstərdiyi dəhşətli performansı gördükdə bunun 4-cü dalğaya səbəb olacağını düşünürdü. Rusiyada bu ştamm çox sürətlə yayıldı, ancaq bu ölkədə peyvəndin sayı da çoxdur.
Delta Azərbaycanda da aşkar olundu. Vətəndaşlarımız özlərini sanki pandemiya bitmiş kimi aparırlar. Karantin rejimi yumşaldılsa belə, karantin qaydalarına riayət etməliyik, tam rahatlaşmaq lazım deyil. Hazırda hökumət və Operativ Qərargahın üzərinə böyük yük düşür. Bu gün bu dəhşətli vəziyyətin bütün respublikaya yayılmasının qarşısını almaq üçün dövlətin qarşısında çox ciddi və çətin bir tapşırıq var”.
Professor qeyd edib ki, sözügedən ştamm Azərbaycanda sürətlə yayılsa, dəhşətli vəziyyət yaranacaq:
“Həm stasionar, həm də poliklinikada şəraitin dəhşətli bir vəziyyət alacağını hesab edirəm. Dərmanların, stasionar yerlərin sayında çatışmazlıq olacaq, buna görə də bütün bunlara hazır olmalıyıq. Dövlətimiz əhalinin immunizasiyası üçün daha ciddi addımlar atmalıdır. Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur. Ştammlar bütün ölkələrə yayılsa, bu, qaçılmaz olacaq”.
A.Qeybulla əlavə edib ki, vaksinin üçüncü dozası immunitetin gücləndirilməsi üçün nəzərdə tutulub:
“Nəzərə alsaq ki, iki doza 6 aylıq müddət üçün nəzərdə tutulub, üçüncü doza həmin müddəti uzadacaq. Operativ Qərargah əhalinin immunizasiyası istiqamətində artıq intensiv və konkret addımlar atmalıdır. Hər bir dövlət, hər kəs Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) tövsiyələrini yerinə yetirməlidir. Eyni zamanda insanları daha etibarlı, bu ştammlara davamlı peyvəndlərlə təmin etmək üçün ciddi tədbirlər görülməlidir”.
Xəbəri paylaş
5608 dəfə oxunub.
Digər xəbərlər

29-10-2022, 10:50
Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər? - Heyrətamiz SİRR ÇÖZÜLDÜ - FOTO
10-08-2015, 16:19
İlham Əliyev Nikolay Patskeviçlə vidalaşdı
1-09-2015, 21:02
Avstraliyada ana narkoman oğlu üçün xüsusi qəfəs düzəltdirdi
16-04-2015, 16:41
Azərbaycan xam neft və təbii qaz ixracını azaltdı
4-02-2018, 11:53
Cəbhədə SON XƏBƏR
4-11-2016, 23:55
İQAMƏDDİN HÜSEYNOV "BLACK STREET"İ NİYƏ SEÇDİ?– FOTOSESSİYA
25-07-2015, 11:18
Azərbaycanda bağlanan bank kreditlərin qaytarılmasını tələb edir
28-10-2022, 00:51
Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə keçirilmişdir
25-11-2016, 17:02
Goranboyda canavar sürüsü kəndə hücum edib - FOTO
14-05-2017, 15:37
Makron Fransa prezidenti elan edilib — YENİLƏNİB