Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İDDİA: Bakıda FETÖ-ya aid obyekt rahat-rahat işləyir... - Hətta vergidən də yayınır...
Tarix: 16-07-2021 | Saat: 11:15
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


2010-cu ildə Bakının mərkəzində fəaliyyətə başlayan MADO restoranlar şəbəkəsi barədə bəlkə də çoxları çox şey bilmir.
Məlumat üçün qeyd edək ki, MADO türk dilində MA-raş şəhərinin ( şirkətin əsası 1850- ci ildə ilk dəfə bu şəhərdə qoyulub) adından və DO-ndurma sözündən götürülüb. Bu gün dünyada MADO-nun 300-dən artıq ticarət mərkəzi var.
2010-cu ildə Bakıda fəaliyyətə başlayan MADO-nun paytaxtın mərkəzi rayonlarında xeyli filialı var. Səhər yeməklərindən tutmuş, türk mətbəxinə və dondurmaya qədər hər şey verilir.
Bir neçə ay öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilmişdi. Reyd zamanı MADO-ya aid olan kafelərdə də qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olmuşdu.
Bütün bunlar azmış kimi MADO-nun adı həmişə Fətullah Gülənin adı ilə qoşa hallanır.
Maraqlıdır ki, bir neçə il əvvəl Fətullah Gülənin adı ilə bağlı olan Qafqaz universiteti bağlananda MADO-nun bağlanması da gündəmdə idi. Sonra hansısa sirrli bir əl MADO-nu bağlanmaqdan xilas etdi.
MADO-nun adı təkcə Gülənlə bağlı deyil, həm də vətəndaşlarımıza hörmətsiz davranışı ilə yadda qalıb.
Təsəvvür edirsiniz, MADO-ya gələn əcnəbilərə qarşı həmişə yüksək nəzakət, mehribanlıq göstərilir, yerli sakinlərə qarşı isə hörmətsizlik edirlər.
Adama deyərlər, gəmidə oturub gəmiçi ilə dava edirsən.
Vətəndaşlarımıza hörmət etməyən MADO görəsən dövlətə hər ay nə qədər vergi ödəyir ?
Və ən əsası vergidən yayınır ?
Onu da qeyd edək ki, MADO uzun müddət bəzi deputatlarımızın, vəzifəli şəxslərin oylağı olub. “Rəbiyyətin oğlu”nu da tez-tez burada görmək olardı.
Deyilənlərə görə, MADO az qala FETO-nun baş qərargahı-ştabı kimi fəaliyyət göstərir.
MADO eyni zamanda dini yönümə üstünlük verir, dindar müştəriləri xüsusi qarşılayır.
Sözün qısası, MADO ölkəmizdə FETO sevdalılarının mərkəzinə çevrilib.
Görəsən, əlaqədar qurumlar hara baxır ?
Vergilər Nazirliyi,Qida Agentliyi niyə göz yumur ?
Necə olur ki, universiteti bağlaya bilirlər, amma restorana güc çatmır.
//gundelik-baku.com//


Xəbəri paylaş

3998 dəfə oxunub.

Digər xəbərlər
6-01-2016, 20:34 Evində ölü tapıldı

bütün xəbərlər
____ Instagram ___