Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sülhməramlıların gözü önündə Şuşaya AÇILAN ATƏŞ... - “Rusiya sülh yaranmasını istəmir”
Tarix: 14-07-2021 | Saat: 11:32
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Cebhe.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Politoloq Pünhani Əsgərli bildirib ki, sülhməramlılar Qarabağdakı ermənilərə təlim keçərək həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə etmək istəyir:

“Rusiya sülhməramlılarının Qarabağda yerləşməsinin məqsədi göründüyü kimi, heç də sülh yaratmaq deyil. Bölgədə rus sülhməramlılarının var olmasının səbəbi sadəcə münaqişələri öz nəzarətləri altında saxlamaqdır. Azərbaycan-Ermənistan arasında hər hansı bir razılaşma olduğu halda erməni silahlı birləşmələrindən istifadə edəcəklər. 10 noyabr bəyənnaməsinin bəndlərindən biri də o idi ki, Qarabağda olan ermənilər silahsızlaşdırılacaq. Görürük ki, ermənilər silahsızlaşdırılmayıb. Bu işi də Azərbaycan görməli deyil, bu, rus sülhməramlılarının işidir.

Orada güc nəzarəti sülhməramlıların əlindədir. Oradan Azərbaycan mövqelərinə atəş açılırsa, burada iki variant var. Ya atəşi açan ermənilərin vasitəsilə rus sülhməramlılarıdır, ya da rus sülhməramlılarının təlim keçdiyi ermənilərdir. Burada sadəcə ermənilərin bizə atəş açmasına fokuslansaq, yanılarıq. Fokuslanacağımız məsələ sülhməramlıların icazəsi ilə bunu edə biləcəkləridir.

Necə olur ki, Şuşada olan mövqelərimiz atəşə tutulur, rus sülhməramlıları bunu görmür?

Ya da görür, ancaq qarşısını almır. Deməli, bu, planlaşdırılmış məsələdir. Rusiya istəmir ki, Ermənistan və Azərbaycan arasında sülh yaransın. Rus sülhməramlıları da sülhün olmasının qarşısını almaq üçün oradadır. Ruslar Qarabağda olan ermənilərə təlim keçib təkcə Azərbaycana deyil, həm də Ermənistana qarşı da istifadə etmək istəyirlər. Dünyada qəbul olunandır ki, münaqişələrdə bir ölkənin sülhməramlıları iştirak etmir. Başqa ölkələr də sülhməramlı kimi olmalıdır”.


Xəbəri paylaş

4278 dəfə oxunub.

Digər xəbərlər
15-01-2019, 11:11 Aktyor efirdə ev istədi

bütün xəbərlər
____ Instagram ___