Məlumat verildiyi kimi, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.
Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur.
Xəzərdə partlayış baş verən yerdən YENİ görüntülər - VİDEO
Tarix: 05-07-2021 | Saat: 10:10
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3448 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-07-2021 | Saat: 10:10
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-09-2019, 16:16
Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq hədiyyəsi - İLGİNC
6-06-2020, 18:51
Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər CƏRİMƏLƏNDİ
5-01-2017, 02:04
Bakıda qatar relsləri ləğv edilir
1-07-2017, 12:12
Hacı Cavad məscidi bu ünvanda tikiləcək
13-03-2019, 13:56
Bakıya yağış, rayonlara leysan və qar yağacaq
11-08-2015, 13:22
Azərbaycanda 38 dərəcə isti olacaq
16-05-2017, 21:35
Yuxarı vəzifəyə təyin ediləcəyini bilə-bilə özünü öldürdü - YENİ FAKTLAR
30-11-2015, 18:21
Ərdoğan Nazarbayevə zəng edib nə istədi?
9-04-2016, 15:30
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçildi - FOTOLAR