Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zəngəzur dəhlizi açılacaq: İrəvanda kim olursa olsun..
Tarix: 08-05-2021 | Saat: 12:30
Bölmə:M / Karusel / Siyasət | çapa göndər


"Paşinyanın Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı "Ermənistan Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmanın öhdəliklərini yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır" deməsi Ermənistan üçün məcburiyyətdən doğan bir zərurətdir".
Bunu  açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
O bildirib ki, Ermənistan hakimiyyətdə kim olur-olsun, 10 noyabr bəyanatı icra olunacaq:
"Ermənistan hakimiyyəti son vaxtlar seçki ilə əlaqədar daxili auditoriyaya yönəlik populist və revanşist ritorika sərgiləsə də, reallıqda Ermənistanın Azərbaycana qarşı nə yeni bir müharibəyə başlamaq gücü yoxdur, nə də 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri pozmaq iradəsi. Ermənistanda heç bir siyasi qüvvə Rusiya Prezidentini altında imzası olan sənədə qarşı hörmətsizlik edə bilməz. 44 günlük müharibə Ermənistanın təkcə hərbi müstəvidə rüsvayçı məğlubiyyəti ilə nəticələnmədi, bu müharibə həm də saxta və zərərli erməniçilik ideologiyasının məhv olmasına gətirib çıxardı. İllərdir təbliğ olunan qondarma miflər darmadağın edildi. Erməni xalqı Azərbaycan ordusunun qüdrətini və gücünü dərk etmiş oldu. Bir növ, ağır psixoloji travma aldılar. Fiziki və mənəvi baxımdan darmadağın olmuş bir dövlətin Azərbaycana qarşı yeni bir müharibəyə başlamağa güc tapacağını düşünmürəm. Bu mənada, Ermənistanda revanş çağırışları seçkiqabağı daxili auditoriya hesablanıb. Hakimiyyətdə kim olur-olsun, 10 noyabr bəyanatı icra olunacaq. Onu da qeyd edək ki, Lavrovun region turnesinin əsas məqsədi üçtərəfli razılaşmanın icrası ilə bağlı məsələləri yerində öyrənməkdir. Ermənistanda bütün siyasi dairələr başa düşür ki, Rusiya kommunikasiyaların açılmasında maraqlıdır. Ən qısa zamanda Zəngəzur dəhlizinin də açılması istiqamətində real addımlar atılacaq".


Xəbəri paylaş

3948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___