İlham Əliyev ailəsi ilə Heydər Əliyevin məzarını ziyarət etdi
Tarix: 10-05-2019 | Saat: 12:54
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
Mərhum prezidentin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana yollanıblar.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.
Xəbəri paylaş
4288 dəfə oxunub.
Digər xəbərlər

25-05-2016, 14:26
Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdi
6-03-2017, 17:56
I sinfə şagird qəbulu yenə elektron qaydada keçiriləcək - ƏMR
24-04-2016, 16:46
9 yaşlı yaşlı uşağın meyiti 4 gün sonra tapıldı.
13-11-2022, 13:04
Mütəxəssis: Nar və nar şirəsi xərçəng hüceyrələrini məhv edir
10-05-2016, 06:12
Cənub qonşumuzda seçki təsiri: islahat başlayır
15-01-2022, 11:18
Bloqer Röyal saxlanıldı - Narkokuryer imiş - VİDEO - FOTO
13-12-2015, 10:45
Avtomobil ehtiyat hissələri sertifikatlaşdırılacaq - VİDEO
22-05-2015, 17:49
Dünyanı heyrətləndirən addım
24-06-2016, 19:58
ARDNF: "Kəskin artım müşahidə edilir"