Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Həsənov: "Yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur"
Tarix: 27-04-2019 | Saat: 00:23
Bölmə:M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər

Əli Həsənov:"Yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur"

Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra, indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar"
“Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədənyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylıı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir. Bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər”.
"Xeberaz.Az"-ın məlumatına görə, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
“Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra, indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar. Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da  yanlış təsəvvürün formalaşmasına səbəb olub” deyə, Prezidentin köməkçisi açıqlamasında vurğulayıb.  
Ə. Həsənov qeyd edib ki, yalan, iftira üzərində qurulan siyasət gec-tez ifşa olunur: “Bu üsulla  populyarlıq qazanmaq istəyənlər isə ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər. Onlar bu həqiqəti nə qədər tez başa düşsələr, bir o qədər həm özləri, həm də ətrafları üçün yaxşı olar”.
 



Xəbəri paylaş

5368 dəfə oxunub.

Digər xəbərlər
28-05-2016, 17:07 Messi ağır zədələndi

bütün xəbərlər
____ Instagram ___