Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vətən uğrunda etdiyi can fədakarlığını dəyərləndirmək üçün yapışıb qaldıqları kürsülərindən qalxıb gələ bilmədilər
Tarix: 06-04-2019 | Saat: 20:35
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Bunlar XALQDANDIR ya XALXDANDIR?Hədislərdə söylənilir ki, Axirət günündə Şəhidlər Allah qarşısına dəvət olunduqda Allahın seçilmiş Peyğəmbərləri Şəhidlərə baş əyib, ehtiram göştərəcəklər. 
05 aprel 2019-cu il tarixində "E" media qroup və "NT" qroupun birgə təşkilatçıkığı iıə aprel döyüşlərinə həsr olunmuş Zəfər anı adlı tədbir keçirildi. Tədbir maraqlı təşkil olunsa da bir insan kimi, Azərbaycan vbətəndaşı kimi çox xəcalət çəkmədimsə də desəm yalan olar. Tədbirdə iştirak edən qazilərimizin, Şəhid analarının üzünə baxmağa xəcalət çəkdim. Ona görə yox ki, şəxsim adından onlara qarşı hörmətsizlik, diqqətsizlik etmişəm. Ona görə ki, ismət, həya, ar kimi dəyərli fəzilətləri itirmiş "məmur"-lar ordusunu az tənqid etmişəm. 
Özlərinin cinsi məlum olmayan harın balalarını analarının balağı altında gizlədib, millətin say-seçmə oğullarının döyüş meydanında vətən uğrunda etdiyi can fədakarlığını dəyərləndirmək üçün yapışıb qaldıqları kürsülərindən qalxıb gələ bilmədilər. Çünki, onların sərvətlərinə sərvət qatmağın yollarını düşünəcək qədər "olduqca vacib işləri" var. Milli məclisin 125 deputatından vur-tut 3 deputat  bu kimi "mənasız" tədbirə vaxt ayıra bilib. Nazirlərimizə isə xalq ilə bir yerdə olmaq, onlarla bir məkanda olan hava ilə tənəfüs etmək həkimlər tərəfindən qəti şəkildə "qadağan" edilib. Səbəb isə çox sadədir. Xalq ilə, onun fədakar balaları ilə bir yerdə olmaq insanda insanlıq sindromu yaradır. Bu isə məmurun əmək funksiyası ilə daban-dabana ziddir. 
Adı gedən tədbirdə hər zaman olduğu kimi  iştirak edən və heç bir fəxri ad belə insanlığının, sənətinin, Vətən qeyrətinin ölçüsünü müəyyən edə bilməyən Afaq Bəşirqızı Şəhid haqqında olduqca dəyərli fikir söylədi -" Bizə verilən fəxri adları insanlar təsis edib. Şəhid adını isə Allah özü yaradıb".
Hər zaman müdrik düşüncəsi ilə xalqın önündə olan Afaq xanıma baxanda güşünürsən ki, Milli Məclisdə yaşları məntiqli düşünməyə mane olan deputatların yerində belə bir təfəkkürə sahib millət vəkili oturmuş olsaydı, ən azından Şəhidlər unudulmazdı. Təbii ki, Şəhidləri xalq unutmur. Xalxlarsa unudurlar...
Tərifə Şükürqızı


Xəbəri paylaş

6948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___