Erməni diasporu “Qarabağ”ın adını dəyişmək üçün pul təklif edib - FOTO
Tarix: 27-01-2019 | Saat: 14:53
Bölmə:M / Karusel / Gündəm / İdman | çapa göndər
Moskvada “Qarabağ” mini-futbol komandasının rəsmi təqdimatı keçirilib.
"Xeberaz.Az" AzərTAc-a istinadən xəbər verir ki, altı il əvvəl yaradılan komandanın tərkibinə Moskvada təhsil alan azərbaycanlı gənclərlə yanaşı, rusiyalılar da daxildir.
Komandanın yaradıcısı və baş məşqçisi Elnur Vəliyevin sözlərinə görə, komandanın yaradılmasından məqsəd Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir. “Biz ötən illər ərzində çətin yol keçmişik. Qələbələrimiz və məğlubiyyətlərimiz, hətta komandamızın dağılması təhlükəsi də olub. Bizə inandığına və dəstəyinə görə “Unicorn Challenge” şirkətinə və onun rəhbərliyinə təşəkkürümü bildirirəm”, - deyə o bildirib.
E.Vəliyev vurğulayıb ki, Rusiyadakı erməni diasporu ona maliyyə vəsaiti müqabilində komandanın adını dəyişməyi təklif edib: “Erməni diasporundan bizimlə əlaqə saxlayaraq komandanın adının dəyişdirilib “Arsax” adlandırılması müqabilində maliyyə vəsaiti təklif etmişdilər. Təbii ki, biz bunu rədd etdik”, - deyə məşqçi qeyd edib.
Futbol klubunun təqdimatında çıxış edən komandanın direktoru Leyla Səmədova komandaya dəstək olan hər kəsə təşəkkürünü bildirib, “Qarabağ”ın ümidləri doğruldacağını vurğulayıb.
Təqdimatdan sonra Rusiya Milli Mini-Futbol Liqasında Qarabağ ilk oyununu “Lebi” komandası ilə keçirib. Oyun 6-6 hesabı ilə başa çatıb.
Xəbəri paylaş
5288 dəfə oxunub.
Digər xəbərlər

21-10-2017, 18:34
Azərbaycanlı "gəlin"lə yataq fotoları yayılan bəy namizədin rus sevgilisindən ŞOK AÇIQLAMA - VİDEO
4-09-2015, 16:26
İlham Əliyev Xızıda
20-10-2021, 06:25
"Ədalətin "edam hökmü"" -Harda qaldı...
7-08-2021, 11:24
11 saylı ərazi hesablaşma maliyə idarəsində BÖYÜK YEYİNTİ... — 250-dən çox maaş kartı yoxlanılsın...
22-02-2018, 12:54
Magistraturaya qəbul imtahanı keçiriləcək
8-01-2017, 12:34
Sabahın hava proqnozu
12-08-2016, 21:39
Sərdar Səfərov - Kəlbəcərin qəhrəman oğlu... -VİDEO
1-09-2018, 16:11
İstirahət günü hava necə olacaq?
22-06-2022, 12:11
Zaur Kamaldan illər sonra ETİRAF: - “Atam dedi ki, Yaşar Nurinin qızlarından biri ilə evlən”
30-04-2017, 13:33
Mehman Qələndərlinin intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA