Milli Məclisdə özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndiriyi fikirlərə münasibət bildirilib.
Spiker Oqtay Əsədov deyib ki, Mübariz İbrahimovla bağlı deyilən məsələ ətrafında müzakirələri izləyib. Onun sözlərinə görə, xalqın sosial şəbəkələrdə bu məsələyə hansı diqqəti göstərdiyi aydın görünür: "İnsanlar Milli Qəhrəmana olan münasibətlərini ortaya qoydular. Belə cılız məsələləri Milli Məclis səviyyəsində qaldırmaq, müzakirə etmək düzgün deyil. Bunun əleyhinəyəm. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? O xanımın cavabını xalq verdi, ona görə də xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq".
Qeyd edək ki, deputat Fəzail Ağamalı və Fəzail İbrahimli çıxış edərək Nərmin Şahmarzadənin fikirləri ilə bağlı sərt çıxış ediblər. Onlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər.
F.Ağamalı deyib ki, son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır: "Bu, Avropada yerləşən antimilli qüvvələr tərəfindən ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir. Əlbəttə, bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır".
Oqtay Əsədov: "Nərminin cavabını xalq verdi"
Tarix: 18-12-2018 | Saat: 13:52
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
5398 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-12-2018 | Saat: 13:52
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
8-01-2018, 17:07
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi
27-10-2022, 12:01
"Miri Yusifin nəyi məndən artıqdır ki, Xalq artistidir?" - Qalmaqal
11-11-2016, 11:03
Pop dünyasının nəhəng siması öldü
1-07-2016, 14:13
Erməni tələbə qız: "Qarabağ Azərbaycana aiddir"
24-11-2021, 08:29
Müharibə vaxtı piano ifası ilə məşhurlaşan qəhrəman - VİDEO
17-07-2018, 01:56
Ronaldo: Mən digərləri kimi deyiləm
15-02-2017, 00:36
Kişilərin yataqda sevdiyi 13 DAVRANIŞ
18-07-2017, 13:57
NURA SURİNİN "#MAZOXİSTO"SU – FOTOSESSİYA + VİDEO
29-11-2021, 13:50
58 yaşlı Hülya açıq-saçıq geyimdə səhnəyə çıxdı - FOTO
28-07-2015, 10:23
Manat dolları yenə "vurdu"