Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BALABABA RZAYEV ENERGETİKLƏRƏ Misilsiz sürpriz etdi! Pirverdiyev rəzalətinə son!
Tarix: 10-12-2018 | Saat: 15:10
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Həftə-Reytinq | çapa göndər

Dövlət başçımız cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 04 sentyabr, 2018-ci ildən "Azərenerji" ASC-nə sədr təyin edilən Balababa Rzayev, adıçəkilən qurumda bugünədək hələ  reallaşmayan misilsiz yeniliyə imza atdı. Beləki, Azərenerji-nin balansında olan elektrik stansiyaları və yarımstansiyalarında gərgin əməklə çalışaraq ömrünü elektromaqnit sahəsinə həsr edən minlərlə energetik və texniki işçilərin aylıq məvacibini təxminən 2dəfədən çox artırılmasına dair sərəncam verdi. Qeyd edək ki, buna qədər, Etibar Pirverdiyevin rəhbərliyi altında əməyi kobud istismar olunan gecə növbəsində çalışan energetiklər 250 manat məvacib alırdılarsa, indi bu rəqəm noyabr ayından yeni tarif artımı ilə hesablanılaraq 450-500manat civarında işçilərin əmək haqqı kartına köçürülmüşdür. Onu da xüsusilə qeyd edirəm ki, Stansiyada və inzibati idarəetmə binalarında çalışan texniki işçilər(xadimə, süpürgəçilər) əvvəl 140-150manat məvacib alırdılarsa, mövcud sosial durumu istehlak səbətinə müvafiq əmək haqqı öfənilməsini zəruri hesab edən Balababa Rzayev, adıçəkilən bu təbəqədən olan çoxsaylı işçiləri məxsusi olaraq sevindirərək onların maaşını iki dəfədən də artıq hesablanılması tapşırığını verərək 400manata çatdırdı.
Bucür humanist və ədalətli qərarı çox böyük sevinc hissləriylə qarşılayan çoxsaylı energetik və texniki işçilər İndi bu yeni Sədr barəsində hər an təşəkkürdolu fikirlər  səsləndirirlər. Onlar bildirir ki, bugünədək zəhmətlə çalışdığı xidmətlərini Etibar Pirverdiyev dəyərləndirməmiş, hələ bu azmış kimi, hərhansı bir şəxsi probleminə görə ona yaxınlaşıb müraciət etmək istəyən bütün işçilərə kobud davranaraq onlara Gestapo rejimi də tətbiq etmiş, o cümlədən ötən illərdən hesablanıb qalmış, energetiklərin kollektiv əmək müqaviləsində nəzərdə tutulan , əmək stajı nəzərə alınmaqla ildə bir aylıq tarif maaş həcmində verilməli olan ödənişləri dayandırmaqla 2002-2003,və2004-cü illər üzrə olan həmin  çoxmilyonlu vəsaiti mənimsəmişdir! 
Bunları tələb edən bir neçə mühəndis texniki işçini( -Azərbaycan İES-də  SNR vəzifəsində çalışan Abbasov Çingizi,(Qarabağ veteranı) Əzizov Elmanı ) imzalar toplatdırmaqla işdən kənarlaşdırmışdır.
Ancaq bugün çox sevindirici haldır ki, Quruma rəhbər təyin olunan Balababa Rzayev, təyinatının elə ilk günlərindəncə Ölkə ərazisindəki bütün elektrik stansiyalara səfər edib oradakı ümumi vəziyyətlə yaxından tanış olub, hətta onu da xüsusi olaraq çoxsaylı energetiklər qarşısına çıxaraq : "Kimin nə problemi var, buyurub yaxınlaşıb desin!" fikrini söyləyərək ölkə başçısının xalqın xidmətçisi olmaq çağırışına bir örnək nümunəyə çevrildi!
Balababa Rzayevin bir rəhbər missiyasını bucür tərzdə həyata keçirtməsi Xalqla dövlət sevgisinin vəhdətini meydana çıxarmaqla onun keçmiş həmkarından fərqli , Xalqına bir doğmalıq hissinin bariz nümunəsidir!
Media adından da bu sadalanan, yüksək kriteriyaları təqdirəlayiq şəkildə təcəssüm etdirən Balababa Rzayevə bundan sonra da Azərbaycanın milli Energetikasının inkişafındakı işlərində, ələlxüsus, cənab İlham Əliyevin başçılığı altında dövlətimizin daha da möhkəmlənməsi naminə bu mühüm strateji Sistemin inkişaf etdirilməsində yeni-yeni uğurlar nailiyyətlər arzu edirik!

Xəyyam Ayətoğlu.


Xəbəri paylaş

7518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___