Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Kişiliyimizi NATAŞA-lara, qadınlığımızı isə ƏBDÜL XALİD-lərəmi satdıq?
Tarix: 8-08-2018, 21:23 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / Maraqlı / Aktual | çapa göndər


Dilimizin arxayik söz leksikonuna nəzər saldıqda bizə məlum olmayan, funksiyasını, anlamını, işlənmə yerini bilmədiyimiz xeyli sayda sözlərlə qarşılaşırıq.Cəmiyyətin,elm,texnikanın, iqdisadiyyatın inkişafı insanların yaşam tərzində yeni  dəyişikliklər yaratdıqca köhnə ifadələr tədricən unudulub, tarixə çevrilir. Yaşadığımız müasir dövrdə də unudulmaqda olan bir çox sözlər, ifadələr vardır ki, onların unudulmasından böyük təəssüf hissi ilə bəhs etmək istərdik.
Məsələn: əxlaqi dəyərlər, bakirəlik, milli mentalitet, ailə müqəddəsliyi və.s kimi qiymətli kəlamlar.  Yəqin oxucularımız yenə bizi qınayacaqlar ki, qiymətli kəlam adlandırırsınızsa necə unudula bilər?



Keçmişdə istər Avropa xalqları, istərsə də Asiya xalqları oğullarına gəlin axtararkən ailənin dərin köklərini və qızın bakirəliyini vacib amil ölaraq önə çəkirdilər.  Toy gecəsi bakirə olmayan qızlar hər xalqın öz qanununları ilə rüsvayçılıq damğası ilə damğalanırdı. Avropada gedən sürətli inkişaf xalqların bir-birinə inteqrasiyasını sürətləndirdi. Sürətlənən inkişaf ilə yanaşı insanların təfəkkür tərzində də dəyişikliklər yaratdı. Tədricən ailə, məişət zəminli açıq-saçıqlıqlarla başlayan “yeniliklər” qısa vaxtda Avropa cəmiyyətini bürüdü. Qızların ilk zifaf gecəsi  üçün qorumalı olduqları bakirəliklərini nigaha qədər itirmələri Avropa cəmiyyətinin adi həyat tərzinə çevrildi. Bizlərsə Avropanı yüksək mədəniyyətin etalonu hesab edib bu yolla getməklə kübar imici yaratdığımızı düşündük.



Yaratdığımız “kübar” cəmiyyətimiz ilk olaraq mentalitetimizə xas olan abir-həya pərdəsini yırtmaqdan başladı. (Mentalitet söyləduim, əslində bu sözü içlətməyə də ehtiyyat edirəm daha. Bu barədə bir azdan.)  Bilirəm bizəetiraz edib, hər dövrdə və hər cəmiyyətdə “qədim peşə” sahiblərinin var olduğunu söyləyəcəksiniz. Haqlısınız. Lakin cəmiyyət özü bütövlükdə “qədim peşə sahibi” deyildi. Son ifadəmizlə milləti təhqir etmək fikirində olduğumuzu düşünürsünüzsə böyük yalnışlıq edirsiniz. Bu yerdə sizlərin yaddına böyük Sabirin bir kəlamını salmaq istərdik:-“Məşədilərimiz Sonyalara uyacaqdırsa, Tükəzbanları neylərdin İlahi!”
Hələ ötən əsirin əvəllərində rus mədəniyyətinin Azərbaycana yeni ayaq açdığı bir vaxtda öz millətindən olan halal ailəsini, yad dilli, yad dinli qadınlaraa qurban verən “igid oğullarımız” bu günkü cəmiyyətin “bünövrəsini” qoydular. Bəlkədə düşünən ola bilər ki, biz şovinist mövqedən şıxış edirik. əsla belə deyil. Məhəbbət elə bir duyğudur ki, onun nə dili, nə dini, nə də irqi olur. Lakin məhəbbətin yerini maddi və fiziki maraqlar aldıqda isə hər bir cəmiyyətdə iyrənc mənzərə qçılmaz olur.



Sovetlər dönəmində də hal-hazırda da milyonlarla Azərbaycandanlı kişilərimiz işləmək adı ilə ailəsini buraxıb Rusiyaya üz tutublar. Yeni məkan, yeni tanışlıqlar vətəndə buraxıb getdikləri ismətli qadınlarını unutdurub, yüngül həyat tərzi ilə yaşayan qadınlara “kölə” edib. 
 Atalarımız hər kəlamı  yerində söylədikləri kimi, bunda da yanılmayıblar. “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Çox  təəssüflər olsun ki, zamanla millətin dəliqanlı oğulları başqa xalqın  kişilərini “fərsiz” sayıb, qadınlarına sahib çıxırdılarsa, dolanan dövran bizim kişilərimizi “fərsiz” etdi deməyə də dilim gəlmir. Millətin namus-qeyrətini oğullar qoruyar.



Oğularımızın bir zamanlar “aşlarına doğradıqları NATAŞALAR”, “ƏBDÜL XALİDLƏR” olub  millətin qadınlarının qaşığına çıxdılar. Bir zamanlar gözəl ölkəmizlə tanış olub, mənəviyyatlarını zənginləşdirməyə gələn turistləri, indi Azərbaycan qadınlarını maddiyyatla satın almağa gələn ərəblər əvəz edir. Onunla da kifayətlənməyib millətin qadınları ərəb dövlətlərində bahalı otellərinin “gəlir mənbəyinə” çevrildilər. Həhha vəziyyət o hala qədər acınacaqlıdır ki,  ölkəmizə işgüzar səfərə gəlmiş ərəb iş adamının təsəvvüründə formalaşan fikirə görə Azərbaycanda əxlaqlı qadınların  olmamas qənaəti yaradıb. Onun bu düşüncəsi  Azərbaycan qadını olaraq qürurumu çox sındırdı. Amma verəcək cavab da tapa bilmədim. Bəlkə həyatımda ilk dəfə idi ki,  kimsənin qarşısında çöz tapmaqda aciz qaldım. Deyə bilmədim ki, bizim qadınlarımız dünyanın ən gözəl və ləyaqətli xanımları, analarıdır. Səbəb isə işgüzar nahar etdiyimiz restoranda, bizlərlə qonşu masada əyləşmiş yaşlı ərəb turist ilə gənç, gözəl üç azərbaycanlı qadınının cəmiyyət icərisində yolverilməz olan davranışları oldu. Elə o anda yeniyetməlik dövrümdə Rusiyanın şəhərlərinin birində  kafedə nahar etdiyimizdə rus millətindən olan qadının yanındakı rus kişini buraxıb, Azərbaycanlı gənclə əylənməsi mənzərəsi canlandı.   
 Beləliklə də bir zamanlar dilimizdə sevə-sevə işlətdiyimiz namus, qeyrət, mentalitet və s. kimi dəyərli kəlamlar unudulub arxayikləşməyə üz tutdular. Arxalarınca nə qədər “səslənib, geri çağırsaq” da geri dönmürlər və yenə də atalarımızı yada saldırdılar:-“ Ya dövlət ya qeyrət”.     
"Xəbəraz.az "


шаблоны для dle 11.2

6718 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
14-09-2017, 16:21 Aşıq Ədalət vəfat etdi

{sape_links}{sape_article}
19-09-2018
bütün xəbərlər
____ Instagram ___