Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
700 bal toplayan gəncəli qız: "Niyə aza qane olmalıydım?" - REPORTAJ
Tarix: 30-07-2018, 15:28 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Təhsil / Müsahibə | çapa göndər


Atası: "Bu nəticəyə görə məktəbin kollektivinə təşəkkür edirəm"
 
İyulun 26-da ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Gəncədəndir. O, Gəncə şəhərindəki 27 №-li məktəb-liseyin məzunu Selcan Məmmədlidir.
 
APA TV-nin qərb bürosunun xəbərinə görə, birinci qəbul imtahanından 676 bal toplayan Selcan bu nəticə ilə razılaşmayıb və yenidən hazırlaşaraq ikinci imtahandan maksimum nəticə əldə edib: "Birinci imtahanda 676 bal toplamışdım. Bəziləri deyirdi ki, ehtiyac yoxdur. Amma bu, zəhmətimin qarşılığı deyildi. Əgər yüksək nəticəyə nail ola bilərdimsə, niyə aza qane olum? Gözləyirdim ki, sinfimizdən daha çox uşaq 700 bal toplasın. 4 nəfər toplaya bilərdi bu nəticəni. Onlarla birlikdə istərdim ki, müsahibə verim".
 
Selcan deyir ki, ilk imtahanda siniflərində bir neçə nəfər ondan yüksək bal toplasa da, ikinci imtahanda təkcə o, 700 bal nəticə əldə edib.
 
Məktəbin direktor müavini Şahin Əzizzadə də xüsusi istedadlılar sinfinin bu il yüksək nəticə əldə etdiyini deyir: "Kollektiv olaraq sevinirik. Zəhmətimizin hədər getmədiyini görürük. Həm şagirdin, həm valideynin, həm də məktəbin zəhməti hədər getmədi. Həmin sinifdən yüksək bal toplayan çoxdur. İki nəfər də yüksək bal toplayıb. O sinifdən 7 nəfər fərqlənmə attestatı alıb, 2 nəfər isə qızıl medala namizəddir. Biri Selcan, biri də Fidandır".
 
Selcanın uğuruna daha çox sevinən valideynləridir. Atası Mahir Məmmədov deyir ki, onlar Selcanın yüksək nəticə əldə edəcəyinə əvvəldən inanıblar. Selcanın kiçik yaşlarından əldə etdiyi uğurlar bunu deməyə əsas verir: "Bu, bizim üçün böyük fəxrdir. Bu uğura görə məktəbin kollektivinə təşəkkür bildirirəm. Dərs deyən müəllimlərə təşəkkür edirəm. Selcanın nəticələri hələ bağçadan başlayıb. İngilis dilli bağçaya gedib. Sonra 1 nömrəli orta məktəbdə 4-cü sinfə kimi oxuyub. Daha sonra isə bu məktəbdə istedadlılar qrupunda oxuyub".
 
Selcan Məmmədli artıq seçimini edib. O, ADA Universitetində təhsil almaq istəyir.
 



2888 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___