"Ciddi qanunsuzluqlar aşkarlanıb" - Nazirdən şok açıqlama
Tarix: 14-07-2018 | Saat: 18:13
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər
"Araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması halları aşkar edilib, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib".
APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən müşavirədə bəyan edib.
Nazir ümumilikdə pensiya təyinatı sisteminin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın tam təmin ediləcəyini qeyd edib.
S.Babayev stasionar və səyyar formada sosial xidmətlər sahəsində də ciddi nöqsanların mövcud olduğunu, sosial xidmət müəssisələrində ştat vahidləri üzrə işə qəbul edilənlərin sayı ilə faktiki işləyənlərin sayı arasında fərqlərin aşkar olunduğunu, belə halların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib, sosial xidmətlərdə formal yanaşmaların aradan qaldırılmasını tapşırıb.
Nazir bildirib ki, risk qrupu xəstəlikləri ilə əlaqədar cari ilin birinci rübündə aparılmış əlillik təyinatları araşdırılarkən yanlışlıqlar aşkar edilib, həmin şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb. Ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Artıq cari ilin ikinci rübünə dair əlillik təyinatları üzrə araşdırmalar aparılır. Araşdırmalar ikinci və üçüncü qrup əlillik təyinatlarını da əhatə edəcək.
S. Babayev reabilitasiya müəssisələrində də nöqsanlara yol verildiyini, bir çox hallarda növbəliliyin pozulduğunu, bununla bağlı ciddi tədbirlərin görüldüyünü qeyd edib, bu müəssisələrdə çalışanların bilik və peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Xəbəri paylaş
1 0968 dəfə oxunub.
Digər xəbərlər

21-01-2016, 17:04
Bərdədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.
13-06-2018, 19:36
Savadsız həkimlərin göstərişləri-Körpələri ölümə sürükləyir-Nevroloq Aynur Zeynalova
19-06-2016, 12:35
“Kemeron tarixi səhv etdi”
15-11-2018, 10:38
Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”
16-09-2016, 10:27
Röyanın gecəyarısı paylaşdığı VİDEO izləmə rekordu qırdı
21-01-2023, 12:51
Blogger-jurnalist-müxalifətçi-axund və narkotacir İqbal Mikayılov… - Kimlər zamin durub onu ev dustaqlığına buraxdırdılar..?
29-07-2023, 11:22
Azərbaycanda sevgilisindən ayrılan oğlan özünü zəhərlədi
12-03-2022, 12:45
Bu fotoya görə həyat yoldaşından boşanır?