Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şeyx o şəxsi kafir elan etdi
Tarix: 14-07-2018 | Saat: 11:34
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər


Terrorun İslam dinində heç bir yeri yoxdur. İsada da, Musada da, Məhəmməd peyğəmbər səllalahu aleyhi və səlləmin gətirdiyi Quranda da bir insanı qətl etmək, müqəddəsliyə əl uzatmaq Allaha qarşı üsyandır. O adam kafirdir.

Sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gəncə hadisələri barədə danışarkən deyib.
QMİ sədri qeyd edib ki, cəmiyyətdə dini ayrı-seçkilik müzakirə mövzusu ola bilməz:
“Dünyada baş verən hadisələrə, eləcə də yaxın qonşular və başqa ölkələrə baxanda görürük ki, bəzi qüvvələr İslamdan öz məqsədləri üçün istifadə edirlər. Əslində İslam sülh, qardaşlıq, dəyanət, dostluq dinidir. Dini məsələlərin yetərli olmadığını söyləmək yanlış haldır. Xüsusən Gəncədə Sovet dövründə təkcə “ İmamzadə” və “Şah Abbas” məscidi vardı, bu gün isə onlarla məscid fəaliyyət göstərir. O məscidlər açıqdır, ibadətə yararlıdır. İnsanlar gedib ibadət edirlər, heç bir təzyiqə məruz qalmırlar. Şəxsən özüm oradan heç bir şikayət eşitməmişəm. Gəncə ziyarətgahı “İmamzadə”nin tarixi haqda dövlət rəhbərinə məlumat verdim, dördüncü İmamın oğlu Seyid İbrahimin kim olduğunu öyrənəndə prezident həzrətləri qərara aldı ki, “İmamzadə” gözəl şəkildə tərtib olunsun. Çoxlu miqdarda vəsait ayrıldı. Ölkə başçısı “İmamzadə”dəyə xüsusi diqqət yetirir”.
Allahşükür Paşazadə bildirib ki, din xadimləri moizələrində təxribatların mahiyyətini dindarlara çatdırır və bu iş sistemli xarakter alaraq daha da təkmilləşdiriləcək:
“Çünki düşmən daim oyaqdır. Biz bu dövlətdə yaşayarıq, balalarımız qanlar bahasına dövlətimizi qoruyub, Vətən yolunda canlarını qurban veriblər. 20 faiz torpaqlarımız zəbt olunub. Bu gün də bizə qarşı məkrli hiylələr aparılır. Əleyhimizə gedən işlərin qarşısını almaq üçün dövlətimiz möhkəm olmalıdır. Bu gün Azərbaycanda dövlətlə xalqın birliyi var. Biz rəhbərimizin ətrafında olmalıyıq. Həmişə dindardarlarımız prezident İlham Əliyev həzrətlərinə dəstək olub və bundan sonra da inşallah ona dəstək olacağıq”, - deyə Şeyxülislam vurğulayıb.


Xəbəri paylaş

7078 dəfə oxunub.

Digər xəbərlər
20-04-2018, 19:22 Yeni baş nazir kim olacaq?

bütün xəbərlər
____ Instagram ___