Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan polisinin yaranmasından 100 il ötür: Aqil Acalov
Tarix: 02-07-2018 | Saat: 14:03
Bölmə:M / Karusel / Gündəm / Ekskluziv | çapa göndər



 Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti,İqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov 2 iyul Azərbaycan polisinin yaranmasını 100 illiyi ilə bağlı təbrik ünvanlayıb. Təbrikdə deyilir “Bu gün Azərbaycan polisinin ictimai sabitliyin qorunub saxlanması, cinayətkarlıq hallarının qarşısının alınması, ictimai qaydanın və təhlükəsizliyin təminində mühüm rolu var. Bu şərəfli peşənin sahiblərini başda daxili işlər naziri,general-polkovnik Ramil Usubov olmaqla bütün DİN-in Kollegiya üzvlərini,baş idarə, idarə və xidmət rəislərini və bütün məsul əməkdaşlarını peşə bayramı münasibəti ilə federasiyamızın kollektivi adından təbrik edir, çətin fəaliyyətlərində ugurlar arzulayıram.” “ Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan polisinin yaranmasından bu gün 100 il keçir bu,100 ildə çox yeniliklər oldu, hər şey çox dəyişdi dəyişməyən ilk günki,kimi Azərbaycan polisinin şanı oldu. Şərqdə ilk demokratik respublika olan Azərbaycanda 1918-ci ildə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Lakin AXC süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi. Daxili İşlər Orqanlarının başına çox bəlalar gəlib, çox işlər gətirilib. Zaman-zaman sərt sınaqlara çəkilən, repressiyalara məruz qalan, təxminən 70 il ərzində kommunist ideologiyasının birbaşa təsiri altında fəaliyyət göstərən Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da - sabiq iqtidarlar dövründə öz səlahiyyətlərindən kənara çıxmağa məcbur edilən ölkə polisi, demək olar ki, bütövlükdə qarşısında duran vəzifələri layiqincə yerinə yetirmişdir. XX əsrin sonlarında nüfuzlu araşdırma mərkəzləri və tanınmış ekspertlər qeyd edirdilər ki, yeni yüz ildə bəşəriyyət yeni kəşflərin, siyasi, iqtisadi və mədəni sahədə inkişafın zirvəsinə doğru irəliləyə biləcəyi kimi, qlobal problemlərlə də - mütəşəkkil cinayətkarlığın, beynəlxalq narkomafiya və terrorun yeni formada təzahürləri ilə də üzbəüz qala bilər. Hazırda da davam edən proseslər yeni dünya nizamının hələ tam həllini tapmamasından xəbər verir: qabarma və çəkilmələrdən, strateji maraqlardan, bu zəmin üzərində hərbi toqquşmalar və müharibələrdən, qlobal iqtisadi böhrandan və digər məsələlərdən. Transmilli cinayətkarlıq, beynəlxalq terrorizm, narkobiznes və insan alveri XXI əsrin bəlalarıdır və bu baxımdan hüquq-mühafizə orqanlarının, o cümlədən də DİN və onun strukturlarının qarşısında yeni və çox mürəkkəb vəzifələr durur. Azərbaycan polisi ən çətin zamanlarda həmişə xalqın güvənc yeri olmuş, cinayətkarlığa qarşı mübarizə aparan, xalqın asayişini mühafizə edən bir orqan kimi hörmət və sayğıya layiq görülmüşdür. Bu gün Azərbaycan polisinin 100 yaşı tamam olur. Ölkəmizin bu günü və gələcək taleyi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar ideyaları, habelə bu ideyalara sədaqətlə xidmət edən, yeni dövrün tələblərinə uyğun olaraq ona yeni çalarlar əlavə etməklə zənginləşdirən möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızın fəaliyyəti müstəqil Azərbaycan dövlətinin sarsılmazlığının və inkişafının qarantıdır. Ümummilli lider Heydər Əliyev belə demişdir: "Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu bizim xalqın tarixinin səhifələridir". Bu gün Azərbaycan nəinki regionda, nəinki keçmiş postsovet məkanında, hətta dünyada ən sabit və təhlükəsiz ölkədir.Xüsusilə bir mövzuya daha çox nəzər yetirmək istərdim bizim haqqında qürurla danışdığımız polislərin cərgəsində birinci Qarabağ müharibəsinin qəhrəmanlarıda var həmdə saysız-hesabsız. Dağlıq Qarabağda, daha sonra isə ətraf rayonlarda erməni və sovet hərbi birləşmələrinə qarşı duran Azərbaycan polisi vətən torpaqlarının müdafiəsində öz tarixi salnaməsinə şanlı səhifələr yazmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə daxili işlər orqanlarının 922 əməkdaşı şəhid, 544 nəfəri əlil olmuşdur. Vətən qarşısında misilsiz xidmətlərinə görə 65 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.Azərbaycanın ən keşməkeşli dövründə bizim qəhrəman polislərimiz həmçinin Qarabağda unudulmaz dastanlar yazırdı bunlardan təkcə mayor Hikmət Nəzərli 1992-ci il 25 fevral ermənilər Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla düşmənə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradır elə bu zaman onu erməni qoşunları mühasirəyə alaraq yaralayır lakin,o yaralı canı ilə daşıdığı insanları maşından xilas edərək özü ermənilərə əsir düşür. Daha sonra 128 nəfər döyüşçüsü Qızartı yüksəkliyini erməni basqınçılarından azad edən polis kapitanı İlqar İsmayılov, Polis serjantıTahir Həsənov 1992-ci il 2 sentyabrda Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir.Bu xatırlatdıqlarım hələ kiçik bir hissədir lakin onlarla DİN-əməkdaşlarının rütbəlisindən çavuşunadək Qarabağda dastan yazan oğulları var. Ölkəmizin bu günü və gələcək taleyi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar ideyaları, habelə bu ideyalara sədaqətlə xidmət edən, yeni dövrün tələblərinə uyğun olaraq ona yeni çalarlar əlavə etməklə zənginləşdirən möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızın fəaliyyəti müstəqil Azərbaycan dövlətinin sarsılmazlığının və inkişafının qarantıdır. Ölkəmizin qlobal iqtisadi böhranın təsirlərindən effektiv qorunması indi dünya maliyyə institutlarının xüsusi maraq dairəsindədir. Azərbaycan vətəndaşı indi hər gün yeniləşən, inkişaf edən, demokratikləşən, bəşəri dəyərlərə daha sıx qovuşmağa doğru hərəkət edən, vətəndaşların hüquq və azadlıqları daha səmərəli və etibarlı şəkildə qorunan bir ölkədə yaşayır. Bu gün Azərbaycan DİN dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmaq yolunu tutub. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətlərin rəhnidir. İndi Azərbaycan polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, habelə digər beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur. 1992-ci ildən məktəbin bazasında fəaliyyətə başlayan Polis Akademiyası bilavasitə ümummilli liderimiz Heydər Əliyevin göstərişləri, tövsiyələri və birbaşa rəhbərliyi ilə tamamilə yenidən qurulmuş, köklü islahatlara məruz qalmış, nəticədə ölkənin sayılıb-seçilən, ali hüquq təhsili verən xüsusi təhsil müəssisəsinə çevrilmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə qayğısı nəticəsində akademiyanın daha yüksək səviyyəli peşəkar kadrlar hazırlaması üçün maddi-texniki bazası müasir standartlara uyğun qurulmuş, tədrisin daha keyfiyyətli aparılması üçün təsirli tədbirlər görülmüşdür. Polisin fəaliyyətində önəmli olan Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar haqqında məcəllələrin, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi ilə mübarizə haqqında" və digər qanunların, eləcə də qanunvericilik aktlarının peşə hazırlığı dərslərində öyrənilməsi təmin edilmişdir. “ Hörmətlə AKCCF-nın prezidenti Aqil Acalov


Xəbəri paylaş

1 6168 dəfə oxunub.

Digər xəbərlər
20-09-2018, 10:09 Bu gün Aşura günüdür

bütün xəbərlər
____ Instagram ___