Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının 3 rayonunda xoşagəlməz qoxu yayıldı - Nazirlik AÇIQLADI
Tarix: 05-05-2018 | Saat: 13:13
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bakının 3 rayonunda xoşagəlməz qoxu yayıldı - Nazirlik AÇIQLADI
Bakının bəzi rayonlarında qaz qarışıqlarının həddi normadan 3 dəfə çoxdur. Bu da xoşagəlməz qoxuya səbəb olub.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri monitorinq aparıb.
“Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb. Analizlərin nəticələrinə görə atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub.
Mayın 4-nə olan məlumata görə, Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib”, - deyə nazirliyin məlumatında qeyd olunub.


Xəbəri paylaş

1 2278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___