Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA
Tarix: 30-03-2018 | Saat: 13:16
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti sabah səhər saatlarınadək davam edəcək.
Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova hazırda mövcud olan qeyri-sabit hava şəraiti haqqında danışarkən deyib.
O bildirib ki, sabah günorta saatlarında havanın temperaturu tədricən mülayimləşəcək:
“Bu gün hava şəraiti ötən günə nisbətən qismən dəyişib. Sutka ərzində paytaxtda və ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək, arabir yağış yağacaq. Bu hava şəraiti martın 31-i səhər saatlarınadək davam edəcək. Həmin müddətdən sonra şimal-qərb küləyi tədricən mülayimləşəcək və günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq”.
G.Məmmədova bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək:
“Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir”.
G.Məmmədova qeyd edib ki, aprelin 1-dən ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz keçəcək.


Xəbəri paylaş

1 2148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___