Fransa XİN Jak Forun bəyanatını "pensiyaçının fikri" adlandırdı
Tarix: 28-06-2015 | Saat: 17:53
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər
Elçin Əmirbəyov: "Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir"
"Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Jak Forun bəyanatı isə pensiyaya çıxmış insanın şəxsi fikrindən başqa bir şey deyil".
Xeberaz.az Trend-ə istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin (XİN) bu mövqeyini XİN-in Kontinental Avropa idarəsinin direktoru Erik Furniye Azərbaycanın Parisdəki səfiri Elçin Əmirbəyovla söhbətində səsləndirib.
Daha əvvəl Azərbaycan səfirliyi Ermənistanın bəzi KİV-lərinin məlumatına əsasən iyunun 19-da Yerevanda keçirilmiş NATO Parlament Assambleyasının 89-cu “Rouz-Rout” seminarında J.Forun Azərbaycan əleyhinə bəyanatı ilə bağlı Fransa XİN-ə müraciət etmişdi.
E.Furniye səfirlə söhbətində bəyan edib ki, rəsmi Parisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə sadiq qalır.
E.Əmirbəyov fransız diplomatdan sitat gətirərək qeyd edib: “Jak For hazırda pensiyadadır, heç bir rəsmi vəzifə tutmur və heç bir formada Fransanın rəsmi mövqeyini ifadə edə bilməz. Onun Yerevandakı bəyanatına gəlincə, Ermənistan KİV-lərinin verdiyi formada edilsə belə, Parisdə həmin bəyanat nəzərə çarpmayıb və onlara pensiyaya çıxmış insanın şəxsi fikri kimi yanaşmaq lazımdır”.
Xəbəri paylaş
5538 dəfə oxunub.
Digər xəbərlər

9-09-2017, 16:07
Azərbaycan Prezidenti Qazaxıstana gedib
8-10-2016, 18:31
Bakıda inflasiya nə qədər olub?
26-03-2018, 12:28
Ordumuzun əməliyyatı düşməni darmadağın edəcək - General
16-09-2017, 21:27
"Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - AÇIQLANDI
10-11-2016, 11:40
İnterpolun rəhbərliyinə rus general gətirildi
15-08-2016, 03:13
Suriya-Türkiyə sərhədində ARA QARIŞDI - 35 ölü
11-03-2022, 17:02
"Pulun yoxdursa, şərəfin, ləyaqətin heç kəsin vecinə deyil"
22-03-2015, 19:49
Üzümüzə gələn həftə üçün bürclər bizə nə deyir
6-04-2015, 20:59
Neft Akademiyasında mənimsəmə: Prorektor və dekanlar cəzalandırıldı