BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırdı
Tarix: 01-04-2017 | Saat: 11:08
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb.
APA-nın xəbərinə görə, bu barədə bəyanatla BMT baş katibinin nümayəndəsi Fərhan Haq çıxış edib.
BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatlarını tam dəstələyərək, tərəfləri atəşkəsi poza biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
“Biz gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayırıq və əsaslı danışıqları bərpa etmək üçün tərəfləri zəruri siyasi iradə göstərməyə çağırırıq”, deyə Fərhan Haq qeyd edib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Xəbəri paylaş
6008 dəfə oxunub.
Digər xəbərlər

26-12-2018, 16:31
Lotu Quli Bakıda ola bilər, amma ev dustağı deyil - Ədliyyə Nazirliyindən AÇIQLAMA
31-07-2021, 00:05
"Koroğlu" istiqamətində dəhşətli qəza tıxaca səbəb oldu - FOTO
21-06-2015, 14:19
IŞİD məsuliyyəti öz üzərinə götürüb
3-07-2015, 16:42
Qadınlar niyə sekslə məşğul olmalıdırlar?
27-03-2017, 13:37
Azərbaycan “Eurovision”da 1-ci yerdə- - Proqnozlar
25-04-2015, 13:04
Ağsuda ağır yol qəzası: 1 ölü, 4 yaralı - VİDEO
13-01-2017, 16:16
"Gecə evə, arvadımın yanına adamlar gəlir, amma tuta bilmirəm" - Xanımını stəkanla öldürən kişi
25-12-2021, 12:41
Türkiyə seriallarının yayımı dayandırıldı
22-03-2015, 15:49
Azyaşlıların saxlanıldığı ən dəhşətli həbsxana - Foto
5-04-2018, 17:11
Cümhuriyyətlə yaşıd olan azərbaycanlılar...