Əliyev rusların ən çox güvəndiyi liderlər sırasında
Tarix: 19-12-2016 | Saat: 17:26
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Ruslar daha çox Belarus və Qazaxıstan prezidentlərinə güvənirlər.
"Xəbəraz.az " xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Belə ki, sorğuda iştirak edənlərin 65%-i Belarus lideri Aleksandr Lukaşenkoya, 54%-i isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə (keçən il bu göstərici 45% olub – red.) etibar etdiklərini bildiriblər.
Rusların etibar etdikləri liderlərin ilk üçlüyünə Azərbaycan Prezidenti İlham Əliyev də daxil olub. İlham Əliyevə bu il güvənən ruslar əhalinin 11%-ni (2014-2015-ci illərdə bu göstərici 6% idi – red.) təşkil edib.
Maraqlı məqam isə rusların Moskvanın özünə müttəfiq adlandırdığı liderlərlə bağlı mövqeyi olub. Belə ki, Rusiyanın müttəfiqi olan Ermənistan Prezidenti Serj Sərkisyana əhalinin 8%-i, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Moldova Prezidenti İqor Dodona 5%-i, Tacikistan lideri Emoməli Rahmona isə 4%-i güvənir. Rusiyaya qarşı daha neytral mövqe tutan Özbəkistan Prezidenti Şövkət Mirziyayevə əhali arasında inam 6%, Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədova isə 4% təşkil edir. Moskvanın düşmənləri siyahısında yer alan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili (3%) ilə Ukrayna Prezidenti Pyotr Poroşenko (2%) ən az səs alanlardır.axar.az
Xəbəri paylaş
6238 dəfə oxunub.
Digər xəbərlər

23-02-2016, 12:29
Dünyada ucaboylar, Azərbaycanda bəstəboylar artır
12-03-2018, 21:29
Mart ayının pensiyaları Novruza qədər veriləcək - RƏSMİ
8-01-2017, 14:58
Yıldırım: "Onlar həm doğma qardaşımız, həm də..."
14-06-2018, 19:57
“Sürücülük vəsiqəsinin "ASAN xidmət"də verilməsi mümkün deyil”
20-09-2017, 16:38
Acun və Şeymanın Fransadakı toyundan - FOTOlar
27-06-2018, 16:34
Mədəniyyət Nazirliyində yeni təyinatlar
13-07-2015, 11:16
İfaçının avtomobilini yumurta və pomidorla bu günə qoyuldu - VİDEO
30-09-2016, 13:54
"Kredit borcları haqqında" qanun layihəsini müzakirəyə çıxarılır
29-06-2015, 19:32
Sabah saat 23.59.59-da...
17-09-2021, 11:43
Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO