Nəsimi və Binəqədi məktəblərində ziyalılarla şagirdlərin görüşü keçirilib
Tarix: 26-11-2016 | Saat: 00:45
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər
"Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən Bakı məktəblərində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla şagirdlərin görüşü davam edir.
Görüşlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Görüşlər Nəsimi rayonunda yerləşən 35 №-li, Binəqədi rayonunda yerləşən 126 №-li tam orta məktəblərdə baş tutub.
"Xəbəraz.az " xəbər verir ki, 35 №-li tam orta məktəblərdə baş tutan görüşü məktəbin direktoru Rəna Naibova açaraq Ulu öndər Heydər Əliyevin azərbaycançlıq ideologiyasının formalaşması istiqamətində rolundan, məktəbin uğurlarında bəhs etdi.
"Kür-Xəzər" xeyriyyə ictimai birliyinin nümayəndəsi Əziz Hüseynov layihə haqqında tələbələrə məlumat verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq-milli ideologiyamız" adlı bülleten hazırlanmış, təhsil ocaqlarına ziyalıların səfərləri təşkil olunmuş və mövzu ilə bağlı xüsusi sayt yaradılmışdır.
Tədbirdə iştirak edən Dünya Azərbaycanlıları Assambleyasının diaspora və lobbiçilik üzrə vitse-prezidenti Sərraf Kərimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, şair Oqtay Rza Azərbaycançılıq və vətənpərvərlik mövzusunda fikirlərini şagirdlərlə bölüşdülər.
Görüşdə məktəbin 9a sinif şagirdləri İsmayıl İsmayılov, Kənan Rəsulzadə, Nicat Məmmədli və 11b sinif şagirdi Səbinə Məmmədli qonaqlara mövzu ilə bağlı suallar ünvanladılar.
Görüşün sonunda çıxış etmək üçün müraciət edən məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Şirin Kərimova bu kimi tədbirlərin şagirdlərlə yanaşı, müəllimlərin də xatirəsində xüsusi iz qoyduğunu bildirmişdir.
126 №-li tam orta məktəbdə keçirilən tədbiri açan məktəbin direktoru Şəmsi Qocayev qonaqları məktəb kollektivinə və şagirdlərə təqdim edərək vətənpərvərlik və azərbaycançılıq ilə bağlı mütəmadi olaraq tədbirlərin məktəblərdə keçirilməsinin şagirdlərdə milli-mənəvi dəyərlərin inkişafındakı mühüm rol oynadığını bildirdi.
Tədbir iştirakçılarına layihə haqqında geniş məlumat verildi və qonaqlar mövzu ilə bağlı ətraflı çıxışlar etdilər.
Tədbirlərin sonunda şair Oqtay Rza vətənpərvərlik mövzusunda olan şerlərini şagirdlər üçün oxudu.
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

21-02-2023, 12:16
“Zəlzələ peyğəmbəri” dünənki zəlzələni də öncədən bilib - Sabaha da proqnozu var… - FOTO
17-12-2016, 18:58
Bir qadın kişiylə danışarkən dişlərinə toxunursa...
5-01-2017, 12:22
Gecə 3-lə 5 arası yatmayın
28-04-2016, 09:55
Ermənilər bu gecə 100-dən çox ev və məktəb dağıtdı - Video
1-09-2016, 20:03
Niyə Peyğəmbərimizin adı Muhəmməd (s) idi?
7-01-2019, 14:19
Xatunu da, Günayı da çırparam" - Rozadan qalmaqallı hərəkət
26-07-2023, 11:09
Bakılı nənələr gənc qızlardan şikayətləndilər: “İndikilər yaxşı qızıl, geyim-keçim istəyirlər” - VİDEO
10-02-2017, 16:48
Siyavuş Novruzov niyə arıqlayıb? - “Çəki atıram”
10-03-2016, 19:34
İlham Əliyev Nazirlər Kabinetinə 3 ay vaxt qoydu