Rektor ətrafında baş verənləri qiymətləndirməyə başlayıb
Tarix: 25-10-2016 | Saat: 11:14
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər
Bakı Ali Neft Məktəbinin rektorunun yaxın gələcəkdə Azərbaycan Respublikasının təhsil naziri ola bilmə imkanları artır. Bir müddət əvvəl ölkə KİV-lərində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun təhsil naziri olacağına dair yayılan informasiyalara ötəri yanaşılsa da, hazırda bu, təsadüfi sayıla bilməz.
12-25 yaş arasında olan yeniyetmə və gənclərin dini sektalara üzvülük məsələsindən narahatlıq yaranırsa, bu siyasi hakimiyyətdə təhsil sahəsində boşluqların aradan qaldırılmasına dair əlavə imkanların götür-qoy edilməsindən xəbər verir.
Faktinfo.az saytına məlumatlı şəxsin dediklərindən aydın olur ki, Bakı Ali Neft Məktəbində hökm sürən şəffaflıq, nizam-intizam, tələbələr arasında olan həmrəylik ölkə rəhbərinin diqqətindən kənarda qalmır. Bununla, Elmar Qasımovun təhsili bilən, bu sahədə ixtisaslaşmış bir şəxs obrazı yaranır, onun çevrəsi genişlənir. Digər tərəfdən xarici ölkə nümayəndələrinin bu təhsil ocağında tədrisin səviyyəsi ilə maraqlanmaları təsadüfi sayılmır.
Son 1 ildə Azərbaycan təhsil sistemində baş verən hərc-mərciliyin, rüşvət və özbaşınalıqların Bakı Ali Neft Məktəbindən yan keçməsi Elmar Qasımovun imkanlarının götür-qoy edilməsini gündəmə gətirir, onun Azərbaycan təhsilini bir addım qabağa çıxara biləcəyi ehtimallarını artırır.
Rektor Elmar Qasımova gəlincə, ətrafında baş verənləri artıq o da qiymətləndirməyə başlayıb. Elə bu səbəbdəndir ki, Elmar Qasımov əvvəlki 8 saatlıq iş qrafikini 12 saat, bəzən də daha artıq saatlarla əvəzləyir. Yəqin ki, bu qədər göstərdiyi səyin perspektivdə nəyə hesablanması təsadüf sayıla bilməz.
Xəbəri paylaş
6828 dəfə oxunub.
Digər xəbərlər

2-06-2021, 10:54
Ölkədaxili uçuşlar üçün COVID-19 testi tələb olunacaq? - YENİ QƏRAR
23-06-2021, 10:36
Qadağadan sonra ruslar Türkiyəyə axışırlar - VİDEO
30-04-2020, 06:43
Zakir Qaralov vəzifəsindən gedir - Yeni baş prokuror namizədin adı AÇIQLANDI - FOTO
23-03-2017, 17:54
Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutuldu
28-08-2020, 15:28
Fikrət Məmmədov deputatın qardaşına yüksək VƏZİFƏ VERDİ
30-01-2016, 10:33
Türkiyədə üç Gürcüstan vətəndaşının başını kəsdilər
9-05-2020, 22:51
Tovuzda yol qəzası - 2 nəfər xəsarət aldı
7-01-2017, 21:40
Türkiyə son 300 ilin ən güclü dövrünü yaşayır - Nazir
18-01-2021, 11:55
Koronavirus bu hadisədən sonra yayılıb - Alimlərdən açıqlama
11-02-2022, 12:23
"Həyatdakı tək gücüm, sərvətimsən" - Vüsalə+Fotolar