Dörd ölkə lideri İlham Əliyevə məktub göndərdi
Tarix: 07-06-2016 | Saat: 19:33
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“Zati-aliləri
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə şəxsi rifah, Azərbaycan xalqına isə firavan gələcəklə bağlı ən xoş arzularımı və təbriklərimi çatdırıram”
Nepal Prezidenti Bidya Devi Bhandari Prezindent İlham Əliyevə təbrik məktubu göndərib.
“Zati-aliləri
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edir, Zati-alinizə cansağlığı, Azərbaycan xalqına tərəqqi və rifah arzulayır
Rumıniya Prezidenti Klaus İohannis Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
“Cənab Prezident.
Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan, Sizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulamaqdan böyük məmnunluq duyuram.
Rumıniya ilə Azərbaycan bir-birinə ənənəvi dostluq münasibətləri ilə sıx bağlıdır. İnanıram ki, biz birlikdə Strateji Tərəfdaşlıq Proqramı və onun həyata keçirilməsi üçün nəzərdə tutulan Fəaliyyət Planı çərçivəçində bütün sahələrdə Rumıniya və Azərbaycan arasında əməkdaşlıq imkanlarının hərtərəfli öyrənilməsinə töhfə verəcəyik.
Cənab Prezident, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
“Zati-aliləri
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Son illərdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı Əfqanıstan xalqının dərin sevincinə səbəb olub. Ötən ilin dekabrında Azərbaycana səfərimdən və ölkələrimiz arasında əlaqələrin və iqtisadi əməkdaşlığın, o cümlədən Lapis Lazuli Dəhlizi layihəsinin reallaşmasına dair fikir mübadiləsindən məmnunluğumu bildirirəm. Bu cür təmaslar qardaş xalqlarımızın mənafeyinə xidmət edir.
Əfqanıstan İslam Respublikası ilə Azərbaycan Respublikasının qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin genişlənməsini arzu edir, Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına tərəqqi diləyirəm”.
Xəbəri paylaş
8038 dəfə oxunub.
Digər xəbərlər

22-03-2017, 14:10
12 yaşlı qız doğma əmisindən hamilə qaldı - Atasından İLGİNC TƏKLİF
20-02-2017, 21:25
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib-FOTOLAR
7-02-2016, 23:39
PKK-çıdan şok etiraf: “Qızlar vasitəsilə döyüşçüləri...”
22-10-2018, 11:36
Bu şəxslər 10 min manat cərimələnəcək XƏBƏRDARLIQ
26-04-2016, 15:24
Sahibkarlar alıcıları da, vergini də aldadır
12-02-2018, 16:46
Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürüldü
14-07-2023, 18:51
Pis həyat yoldaşı ola biləcək BÜRCLƏR
27-02-2019, 16:21
Qubada əxlaqsızlıq yuvası aşkarlandı
28-04-2019, 02:24
Şantajçı qrupun məhkəməsi başlayır -“Antaliya Mehman” və şəriki Baxşəli hakim qarşısında
22-08-2020, 11:56
Soyutma yumurta nə zaman ziyandır?