Bakıda dəhşətli qəza: 3 ölü, 1 yaralı - YENİLƏNİB + FOTO
Tarix: 18-04-2015 | Saat: 01:20
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
FHN məlumat yaydı.
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.
Xeberaz.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış “Lifan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Digər sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil verilib.
1 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bülbülə qəsəbəsinin sakini, 1954-cü il təvəllüdlü Səlimov Akif Səlim oğlu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
17.04.2015 22:17
Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb. Avtomobildə olan üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisə yerində polis əməkdaşları müayinələr aparırlar.
Xəbəri paylaş
8318 dəfə oxunub.
Digər xəbərlər

19-06-2016, 18:45
Hemilton Bakı trasında rekord vurdu
29-12-2016, 13:40
Humay gecəni hansı türk ulduzla keçirəcək?
4-10-2021, 09:24
Çindən yeni “müjdə”… “X” virusu gəlir…
24-09-2020, 08:47
Anar bu dəfə Bülənt Ərsoyu dəyişdi - FOTO
21-05-2017, 13:51
"Facebook"dan möhtəşəm YENİLİK: Oturduğunuz yerdə...
20-10-2022, 09:57
Bakı apteklərində “Tetrasiklin” niyə tapılmır? - Səhiyyə Nazirliyi məsələyə aydınlıq gətirib
1-04-2017, 21:51
Fəhlə asfaltçəkən maşının altında qaldı
29-07-2016, 17:48
Murad Dalkılıç Bakıdadır - foto
17-01-2023, 11:40
SOCAR-ın sabiq vitse-prezidentinin sarsılmayan “İmperiyası”: Ölkə üçün Mikayıl İsmayılov təhlükəsi böyüyür
21-03-2018, 20:59
Azərbaycanın idman ictimaiyyətinin seçimi idmançıların böyük dostu İlham Əliyevdir