General oğlunun vurduğu şəxs ölməyib – YENİLƏNİB
Tarix: 17-04-2015 | Saat: 15:20
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Baş Prokurorluqdan təkzib gəldi.
Baş Prokurorluq Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin bıçaqladığı şəxsin ölməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Xeberaz.az -ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Tamerlan Əsədullayevin bıçaqla xəsarət yetirdiyi şəxs xəstəxanada müvafiq müalicə aldıqdan sonra evə buraxılıb:
“Onun ölməsi barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.
14:13
Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin rəisi general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevlə davada yaralanmış şəxs xəstəxanada dünyasını dəyişib.
Xeberaz.az xəbər verir ki, bu barədə haqqin.az-a hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr xəbər veriblər.
Bildirilir ki, adı çəkilməyən yaralı şəxs dünən Bakının xəstəxanalarından birində dünyasını dəyişib.
Xatırladaq ki, aprelin 10-da general Şərif Əsədullayevin oğlu “Senator” restoranında dava salaraq, münaqişə iştirakçılarından birini bıçaqla vurub. Tamerlan Əsədullayev polisdən qaçıb gizlənməyə çalışsa da, hüquq-mühafizə orqanları onu saxlaya biliblər.
Yasalam rayon Polis İdarəsinin İstintaq şöbəsi 126.2.4 (sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində predmetdən istifadə etməklə törədilmiş xuliqanlıq) maddələri üzrə cinayət işi qaldırıb.
Aprelin 10-da Yasamal rayon məhkəməsinin qərarı ilə Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.
Xəbəri paylaş
6028 dəfə oxunub.
Digər xəbərlər

23-05-2018, 14:53
Ağız qoxusunun qarşısını alanSADƏ QAYDALAR
13-05-2018, 21:33
Şəkidə 50 yaşlı kişi intihar edib
16-01-2016, 10:13
Türkiyədə döyüşlər şiddətləndi: 11 ölü, 13 yaralı
13-07-2015, 10:50
"Sən nə oxuyursan ki, münsif oturmusan?!” - Qalmaqal - VİDEO
16-08-2017, 17:00
Sabah yağış gözlənilir - Proqnoz
12-09-2016, 21:31
Bu suyu uşaqlara vermək olmaz? - FOTO
3-11-2020, 14:22
Paşinyanın “sağ əli” məhv edildi
20-10-2019, 20:00
Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
2-07-2015, 12:06
Orqazm qadınlarda 20 saniyə, kişilərdə isə...
19-03-2015, 15:17
Zakir Həsənovdan Novruz təbriki