Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Tarix: 17-02-2016 | Saat: 16:01
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
“AFN Travel” MMC-nin təsisçisi Coşqun Talıbovun həmin cəmiyyətin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Prokurorluğun mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin direktoru Elvin Əsgərovun baş mühasib Aygün Fətəliyeva və Daxili turizm departamentinin müdiri Niftulla Nəcəfovla əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi müəyyən olunub
Şəxslər bu yolla cəmiyyətin bank hesabından nağd şəkildə götürdükləri onlara etibar edilmiş 249 min manat məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə mədaxil etməyərək mənimsəmələrinə və digər maliyyə pozuntularına yol vermələrinə şübhələr üçün əsaslar qeydə alınıb.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

26-11-2016, 09:36
Rusiya Federal Mühafizə Xidmətinin generalı həbs edilib
15-08-2018, 16:31
Goranboyda “KAMAZ”la minik avtomobili toqquşub - FHN
5-07-2016, 22:15
"Sənə qurban olaram, sevgilim" - Pişik Günel - FOTO
16-07-2017, 17:52
Tanınmış aktyor vəfat etdi
20-06-2016, 12:18
Qəzəlxan Arif Buzovnalı: “Baba Pünhana əruzu mən öyrətmişəm” - MÜSAHİBƏ
27-06-2018, 15:54
İlham Əliyev 3 fərman imzaladı
12-03-2021, 19:23
Sahibkarlardan ETİRAZ: "Cəlilabad bazarını mafiya işlədir..." - "İşığı qəsddən söndürürlər ki..."
13-12-2021, 08:24
Bu gündən ölkədə ictimai hamamların fəaliyyəti bərpa edilir
20-02-2017, 13:35
Bakıda bir ailənin beş üzvü dəm qazından zəhərlənib, biri ölüb
15-12-2021, 09:34
"Azpetrol" işçi haqqını BELƏ POZDU... - GİLEY