Bakıda ''Hafka''nın oğullarının toy karvanı - VİDEO
Tarix: 22-11-2015 | Saat: 20:39
Bölmə:Karusel / M2 / Xəbəraz TV | çapa göndər
Yol polisinin yanında "Fi-fa" siqnalı verib yol kəsənlərə yol polisləri yol göstərib Bakıda bahalı maşınlardan ibarət toy karvanı "Azneft" meydanında kütləvi qayda pozuntusu törədib. Görüntülər təxminən iki il əvvələ aid olsa da, sosial şəbəkələrdə yeni yayılıb. Xəbəraz.az avtosfer.az-a istinadən bildirir ki, "Four Season" otelinə gələn toy karvanı "Azneft" meydanında tıxac yaradıb, bahalı maşınlar yolu kəsərək başqalarına mane olublar. Ərazidə bir neçə yol polisi əməkdaşı da var. Onlardan biri də yol polisinin tağım komandiri olmuş, bir neçə əvvəl işdən çıxarılan Natiq Mövlayevdir.
Videodan göründüyü kimi, yol polisləri onların gözü qarşısında kütləvi şəkildə qayda pozan, "Fi-fa" siqnaldan bolluca istifadə edən sürücüləri saxlayıb cərimə yazmaq əvəzinə öz yolu ilə gedənləri saxlayıb bahalı maşınların - "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlanlarının və yaxın qohumlarının idarə etdiyi "Rolls Royce", "Mercedes-Galendewagen", "Porsche" markalı maşınların qoşa xətti keçib qarşı yola çıxmasına şərait yaradırlar. Kimsə zənn etməsin ki, sözügedən otelin qarşısında bu mənzərə ilk dəfədir yaranır. Orada hər toy mövsümündə bu cür əcaib vəziyyətə tez-tez rast gəlmək olar. Bəli, bir daha qeyd edirik ki, bu görüntülər yeni deyil.
Bəlkə də videoda görünən avtomobillərin əksəriyyəti satılıb, dəyişdirilib. Amma fakt odur ki, ortada biabırçı mənzərə var. Hər bir hərəkətlə ətrafdakılarda ikrah hissi yaratmaq, onlara qarşı saymamazlıq nümayiş etdirmək düzgün hərəkət deyil. O ki qaldı sürücülərin törətdiyi kobud qayda pozuntularına, ümid edirik ki, yol polisi toy karvanlarında baş verən neqativ hallara qarşı mübarizə çərçivəsində bu cür bahalı maşın karvanlarına da yaxın dura biləcək.
Xəbəri paylaş
9058 dəfə oxunub.
Digər xəbərlər

13-05-2016, 16:49
ABŞ səfiri Petrosyanla Qarabağı müzakirə etdi
31-08-2015, 13:12
Bakıda təhlükəsizlik kamerasına düşən oğurluq - Video
17-05-2016, 17:17
"BakuBus"ın avtobusunda silah sənədi və tələbə bileti tapılıb - FOTO
3-02-2016, 14:18
Elza İlhaməyə şeir yazdı
13-06-2015, 13:46
Azərbaycanda internat evləri ləğv oluna bilər
16-05-2017, 12:20
Azərbaycanlı aparıcının Dubay gəzintisi - Fotolar
21-05-2015, 20:34
Sanasaryan Yanğınla bağlı sosial şəbəkəsindəki səhifəsində yazıb
20-09-2018, 10:51
Hər dərdə dərman alma sirkəsi
2-05-2017, 23:32
"Klon" serialının Hadesi illər sonra - FOTOLAR
30-05-2020, 19:54
Daşkəsənə dolu yağdı - FAKTİKİ HAVA