Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda falçı yazdığı duaya görə qanına qəltan oldu - TƏFƏRRÜAT
Tarix: 01-04-2015 | Saat: 13:56
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

Bakıda falçı yazdığı duaya görə qanına qəltan oldu - TƏFƏRRÜAT
Cahangirov tutulub.

Ötən gün Bakının Səbail rayonunda ekstrasensi öldürən şəxs saxlanılıb.

Xeberaz.az xəbər verir ki, Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, İçərişəhər ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov yaşadığı rayonda tutulub.

Saxlanılan şəxs Bakıya gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, Məhəbbət Cahangirov ekstrasensi yazdığı duaya görə öldürüb.

Belə ki, Məhəbbət Cahangirov 2008-ci ildə əsəb xəstəliyinə və başında olan ağrılara görə Tahir Talıbova müraciət edib. Onu müayinə edən T.Talıbov dua yazıb. Həmin duanı gəzdirən Məhəbbət Cahangirov bildirib ki, elə ondan sonra həyatı daha da alt-üst olub. Ağrıları çoxalıb. İşində problemlər yaranıb.

Bu səbəbdən Məhəbbət Cahangirov ekstrasensdən intiqam almaq istəyib.

Qeyd edək ki, M.Cahangirov “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünasıdır. Ali təhsilli hüquqşünas subaydır.

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T.Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb. Tahir Talıbov qətlə yetirildiyi ünvanda ekstrasensliklə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

9548 dəfə oxunub.

Digər xəbərlər
8-11-2017, 12:35 Leysan olacaq

bütün xəbərlər
____ Instagram ___