Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda qısqanc kişi 27 yaşlı oğlanı niyə güllələdi? - TƏFƏRRÜAT
Tarix: 12-01-2018 | Saat: 16:11
Bölmə:Karusel / Hadisə | çapa göndər

Dünən axşam Beyləqan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı təfərrüat üzə çıxıb.
Dünyamalılar kəndində yaşayan 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu və onun güllələyərək öldürdüyü 1991-ci il təvəllüdlü Bayramov Əli Əlövsət oğlu qonşu olublar. Belə ki, əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan və müharibə vaxtı qardaşı şəhid olan Muxtar işğaldan sonra ailəsi ilə birgə Dünyamalılara köçüb
Hadisənin baş vermə səbəbinə gəlincə, bu günlərdə iki ailə arasında münaqişə baş verib. Daha sonra M.Mustafayev 27 yaşlı Əli Bayramovu ailəsinə qarşı nalayiq hərəkət etməkdə ittiham edib. Dünən isə o, ov tüfəngi ilə qonşusunu güllələyib. Əvvəlcə kənd xəstəxanasına aparılan Əli Bayramov vəziyyəti ağır olduğundan Beyləqan xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, cərrahiyyə şöbəsində vəfat edib.
Bildirilir ki, qətli törədən Muxtar Mustafayevin 2 oğlu var. Öldürülən Əli Bayramov isə yeni evlənibmiş və keçən il övladı dünyaya gəlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.(lent.az)
11:40
Beyləqan rayonunda qətl törədilib.
rayonun Dünyamalılar kəndində kənd sakini, 1980-ci il təvəllüdlü Muxtar Yaqub oğlu Mustafayev qısqanclıq zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Əli Əlövsət oğlu Bayramovu odlu silahdan atəş açaraq, qətlə yetirib.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Xəbəri paylaş

8818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___