Sabah bəzi yerlərdə leysan olacaq, külək əsəcək
Tarix: 14-11-2023 | Saat: 16:49
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
5798 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-11-2023 | Saat: 16:49
Bölmə:Karusel / Gündəm | çapa göndər
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.
Xəbəri paylaş
Digər xəbərlər
23-09-2015, 14:44
Rusiyada azərbaycanlı İŞİD tərəfdarı saxlanıldı - VİDEO
9-02-2022, 13:28
"Tərtər işi" ilə bağlı daha 4 nəfər HƏBS EDİLDİ
30-08-2020, 13:50
Qubaya gizli yolla gedən dindarlar SAXLANILDI
7-02-2016, 13:11
İsveçin xarici işlər naziri Azərbaycana səfər edəcək
19-06-2015, 16:40
Qadin erine siqareti tergitmeyin yeni usulun oyretdi
19-11-2015, 15:10
Nazirlik 7 rayonda səyyar protez bərpa xidməti təşkil edəcək
28-04-2015, 18:02
Magistr bunlar oldular...-FOTO
6-10-2017, 15:07
Əli Mirəliyev: "Gəlinim uşağı atıb, evdən gedib"
18-01-2016, 14:23
Oteldə qadını öldürən şəxs onun maşını ilə qaçıb - TƏFƏRRÜAT
27-08-2018, 15:08
İrandakı toz fırtınası Azərbaycana təsir edəcək?