Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pərvin: “Həccə gedib, Quran oxuyub, iki sevgilisini bir stolda əyləşdirir”
Tarix: 06-11-2023 | Saat: 16:02
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Quran oxumağa çəkinirəm. Özümü nəinki ona layiq bilmək, hətta əlimə alıb oxumaq üçün çirkli hesab edirəm. Mənim üçün Quran, din o qədər önəmlidir ki... Bəlkə yanlış düşüncədəyəm, amma bu, belədir". 

Bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.

Sosial şəbəkə izləyicilərinin aktrisaya ünvanladığı "Qurani-Kərim kitabını oxuyursunuz?" sualına Abıyevanın cavabı belə olub:

"Bəzən içki içirəm, axmaq hərəkət edə bilərəm, əlim istər-istəməz kirlənir. Əgər Quran oxuyursansa, namaz da qılmalısan. İçki içməməlisən. Necə, Quranı oxuyum, sonra açıq geyinim, kluba gedim, çimərlik geyimi ilə dənizə yollanım. Düşünürəm ki, Quran oxuyanda başqa olmalısan.

Başımı bağlayım, Quran oxuyum, sonra gedib başqa şey edim. Adam tanıyıram ki, Quran oxuyur, gedib içki də içir, namaz da qılmır. Mən o vaxt oxuyacağam ki, bütün qaydalara əməl edə bilim.

Onu oxuyuramsa, sonra başqa şeylər edirəmsə, deməli, boşuna oxumuşam. Dediklərim, bir az da indiki saxta hacılara gedir. Həccə gedib, başqası ilə gəzir, arvadı evdə gözünün yaşını tökür. Özü isə restoranda qoluna taxıb müğənniləri... Elə olur ki, iki sevgilisini bir stolda əyləşdirir. Gözümün şahidi olmuşam. Hacıdır, iki müğənni sevgilisidir.
Məşhurlar da rəfiqədirlər, ikisi də hacı ilədir, bir-birindən də xəbəri var. Bunu biləndə, dedim, nə günlərə qalmışıq. Nə var, mənə pul xərcləyir deyə, rəfiqəmlə də sevgili olsun? İkimiz də onun pulunu yeyək. Həmin iki məşhuru isə hamı o qədər sakit, ağıllı tanıyır ki... Onlara elə hörmət edirlər ki... Özümə dedim ki, kül başına, Pərvin, aylarla əlinə kişi əli dəymir, amma hamı elə bilir ki, qoyub başına gəzirsən. Camaat altdan nələr edir". 




Xəbəri paylaş

4698 dəfə oxunub.

Digər xəbərlər
13-12-2016, 18:44 "Jumeirah" Bakıdan gedir

bütün xəbərlər
____ Instagram ___