Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qüds şəhərindəki Məscid əl-əqsa hansı səbəbdən müqəddəs sayılır?
Tarix: 02-11-2023 | Saat: 10:44
Bölmə:Karusel / İbadət / Gündəm | çapa göndər

"Məscid əl-əqsa" sözünün mənası "uzaq, ucqar məscid" deməkdir. Qədim dövrlərdə burada Həzrət Süleyman (ə) məbədi yerləşirdi. İslam inancına görə, Həzrət Mühəmməd Peyğəmbər (s) isra hadisəsi zamanı Məkkədən Məscid əl-Əqsaya gəlmiş, burada namaz qılmış, sonra yaxınlıqdakı qayanın üzərindən meraca qalxmışdı. Məscid əl-Əqsanın adı Qurani-Kərimdə də çəkilib (İsra, 1). Qüds 637-ci ildə müsəlmanlar tərəfindən fəth edildikdən sonra buradakı kiçik yəhudi məbədinin yerində məscid tikildi. Əməvilər zamanında məscidin sahəsi böyüdüldü. Sonralar zəlzələlər nəticəsində məscid bir neçə dəfə uçulsa da, Abbasi və Fatimi xəlifələri onu təmir etdilər. Sonrakı dövrlərdə də müxtəlif sülalələrə mənsub hökmdarlar Məscid əl-Əqsanı təmir etdirmiş, onun sahəsini genişləndirmişlər. Kəbə qiblə olmazdan əvvəl müsəlmanlar namazda üzlərini Məscid əl-Əqsaya tərəf çevirirdilər. Buranın digər adı Beyt əl-Müqəddəsdir (Müqəddəs ev). Məscid əl-Əqsa Məkkədən və Mədinədən sonra ən müqəddəs məkanlardan sayılır.




Xəbəri paylaş

2748 dəfə oxunub.

Digər xəbərlər
23-02-2016, 14:34 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___