Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məktəbli qızlara sataşan "Prius" sürücüsü tutuldu - "Pəncərəni endirib 9-ci sinifdə oxuyan qıza... "
Tarix: 23-10-2023 | Saat: 17:02
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bu ilin mart və may aylarında Bakının Sabunçu rayonundakı məktəblərdən birinin qarşısında şagirdlərə əxlaqsız təkliflər edən taksi sürücüsü cəzalandırılıb.

Barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış 1977-ci il təvəllüdlü Bəxtiyar Quliyevə (şərti) hökm oxunub. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 3 ay müddətinə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, icarəyə götürdüyü "Toyota Prius" markalı avtomobillə taksi fəaliyyəti göstərən Bəxtiyar ilk dəfə martın əvvəllərində məktəbin qarşısına gəlib. O, avtomobildən düşmədən 2010-cu il təvəllüdlü şagirdi pəncərədən çağırıb, ona qeyri-etik təkliflər edib.

Növbəti dəfə o, mayda həmin məktəbin önünə gəlib və yenə maşından enmədən 2008-ci il təvəllüdlü şagirdə əxlaqsız təkliflər edib. Birinci hadisədə 13 yaşlı qız qorxaraq qaçıb. May ayında baş verən hadisə zamanı isə 9-ci sinifdə oxuyan qız qışqıraraq haray salıb və hadisə barədə yaxınlarına məlumat verib.

Bundan sonra axtarış tədbirləri həyata keçirilib və Bəxtiyar Quliyevin şəxsiyyəti müəyyən edilib.


Xəbəri paylaş

1818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___