Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Möcüzə kimi qida! Hətta 10 gün əvvəl nə yediyinizi də xatırlayacaqsınız
Tarix: 12-10-2023 | Saat: 10:07
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Bütün bədənimizi və orqanlarımızı idarə edən, zehnin əsasını təşkil edən beynimizi qorumaq və fəaliyyətini yaxşılaşdırmaq üçün nə yeməli olduğumuzu bilirikmi?

Hamımız bilirik ki, ağciyər xərçənginin qarşısını almaq üçün siqaret çəkməməliyik. Əgər çox spirtli içki qəbul etsək, qaraciyərimiz əziyyət çəkəcək. Az su içmək böyrəklərimizin sağlamlığını riskə atır.


Bəs bütün bədənimizi və orqanlarımızı idarə edən, zehnin əsasını təşkil edən beynimizi qorumaq və funksiyalarını yaxşılaşdırmaq üçün nə yeməli olduğumuzu bilirikmi?

Stress, havanın çirklənməsi, sağlam qidalanmamaq kimi faktorlar beynimizə mənfi təsir göstərə, yaddaşımızı zəiflədə və ya bir işə diqqət yetirməyi çətinləşdirə bilər.

Türkiyəli qidalanma və pəhriz mütəxəssisi Dilan Eker bildirib ki, güclü beyin və yaddaş üçün antioksidantlar, vitaminlər və minerallarla zəngin, tərkibində sağlam yağlar olan balanslı qidalanma çox əhəmiyyətlidir.

Mütəxəssis tərkibindəki qida maddələrinə görə beyinə faydalı 8 qidanı sadalayıb:

Kakao

Məlumdur ki, kakao və şokolad xoşbəxtlik hormonu olaraq da bilinən serotonin istehsalını artırır. Eyni zamanda beyin və idrak funksiyalarını dəstəkləyən flavonoidlərlə zəngin olan kakao beynin öyrənmə və yaddaş funksiyaları ilə yanaşı, qısamüddətli yaddaşın da güclənməsinə töhfə verir. Tədqiqatlar göstərir ki, kakaonun tərkibindəki flavonoidlər yaddaşı yaxşılaşdırmağa və yaşa bağlı zehni geriləməni yavaşlatmağa kömək edə bilər.

Bu xüsusiyyətlərdən yararlana bilmək üçün ağ və südlü şokoladları bir kənara qoyub, tərkibində ən az 70 faiz kakao olan tünd şokoladlara və ya kakao tozuna üstünlük vermək lazımdır.

Sümük suyu

Düzgün texnika ilə hazırlanan sümük suyunun immunitet sistemini və beyin sağlamlığını dəstəklədiyi məlumdur. Kollagen və hialuron turşusu tərkibli sümük suyu oksidləşdirici stressi azaltmağa kömək edir. O, həmçinin prolin və grisin amin turşuları ilə beyin və birləşdirici toxumanın yaxşılaşmasına kömək edir. Bunun üçün sümükləri ən az 12 saat vam odda qaynatmaqla əldə edilən qida dəyəri yüksək olan sümük bulyonuna rozmarin, soğan və sarımsaq əlavə etmək lazımdır. Sümük suyunu soyuducuda 1 həftəyə qədər, dondurucuda isə 3 aya qədər saxlayaraq istehlak edə bilərsiniz.

Zərdəçal (Sarıkök)

Sarıkökün tərkibində "curcumin" adlı aktiv maddə güclü və təbii antioksidantdır. Tarix boyu müalicə məqsədləri üçün istifadə edilən bu kök bitki beyni oksigenlə təmin etməyə, zehni gücləndirməyə kömək edir.

Tərəvəz və ya ət yeməklərinizi bitki yağı və zerdeçal ilə qızartmaq istifadə üçün ideal üsuldur.

Yumurta sarısı

Yumurta kiçik bir qabıqda beyin sağlamlığı ilə əlaqəli qidaları ehtiva edən möcüzəvi bir qidadır. Xüsusilə yumurta sarısı beyin funksiyalarını və inkişafını dəstəkləmək və əhval-ruhiyyəni tənzimləmək üçün vacib olan B qrupu vitaminləri, fol turşusu və xolin baxımından zəngin bir qaynaqdır. Yumurtalar xolini xoşbəxtliklə əlaqəli hormonlar istehsal edən bir kimyəvi maddə olan betainə parçalamaq qabiliyyəti ilə də fərqlənir.

 

medicalmedia.az 




Xəbəri paylaş

2338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___