Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sosial şəbəkələrdən arıqlamaq adı ilə dərman alanlara xəbərdarlıq - VİDEO
Tarix: 05-10-2023 | Saat: 09:20
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Sosial şəbəkələrdə artıq çəkidən xilas olmaq üçün müxtəlif dərman vasitələri reklam olunur. Elə bu üsulu daha rahat hesab edib həmin preparatları alanlar da az deyil.

Bəs həkim tövsiyəsi olmadan arıqlama dərmanlarından istifadə etmək olarmı?

Xeberaz.Az Xəzər TV-yə istinadən bildirir ki, həkim-terapevt Nahid Məhərrəmovun sözlərinə görə, belə dərmanların əksəriyyəti orqanizmə əks təsir göstərə bilər.

Nahid Məhərrəmov deyir ki, sözügedən dərmanların əksəriyyəti təqdiqlənmiş preparatlar deyil və istifadəsi ciddi fəsadlara, hətta onkoloji xəstəliklərə və ölümə də səbəb ola bilər.

Psixoloq Aygül Məlikova isə bildirir ki, artıq çəkili insanların əksəriyyəti arıqlamaq üçün daha rahat üsul axtarırlar. Bu da bilavasitə onların psixologiyaları ilə əlaqəlidir.

Aygül Məlikova əlavə edib ki, kökəlmənin səbəblərindən biri depressiyadır. Yəni insanda dolayısı ilə emossianal aclıq yaranır ki, onlar da məhz bu cür vasitələrlə çəki artımının qarşısını almağa çalışırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbəri paylaş

3108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___