Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fırıldaqçı və saxtakar 3 bürc – Onlardan özünüzü qoruyun!
Tarix: 16-09-2023 | Saat: 19:10
Bölmə:Karusel / Qoroskop | çapa göndər

Bürclərin insan həyatına böyük təsiri olduğuna inanılır. Məhz bu səbəbdən münasibətə başlamazdan əvvəl adətən verilən ilk suallardan biri qarşı tərəfin hansı bürcdən olduğudur. Bürclər bir insanı daha yaxından tanımağa kömək edir, onun xarakter xüsusiyyətləri haqqında bizə ipucu verir.

Bir çox insan bürclərə görə bəzi mövzuda qərarlar qəbul edir, həyat tərzini müəyyənləşdirir və münasibətlərini ulduz falına uyğun istiqamətləndirir.

Astroloqların araşdırmalarına görə, bəzi bürclər yalançı xüsusiyyətlərinə görə dözülməz ola bilirlər.

Belə ki, araşdırmada ABŞ polis agentliyi FTB-nin (Federal Təhqiqat Bürosu) siyahılarının əksəriyyətində yer alan fırıldaqçı insanların bürc əlamətləri müəyyən edilib və bürclərin spesifik xüsusiyyətləri nəzərə alınaraq ən saxtakar və fırıldaqçı üç bürc müəyyən edilib.

Həmin bürcləri təqdim edir:

ƏKİZLƏR

Əkizlər cəld düşüncələrinə uyğun olaraq tez hərəkət edirlər. Onlar ən saxtakar və fırıldaqçı bürclər siyahısının başındadır. Əkizlərin qısa zamanda adaptasiya ola bilməyəcəkləri iş yoxdur. Öz pullarını qənaətlə xərcləsələr də, başqalarının pulunu rahatlıqla göyə sovururlar.

Statistik məlumatlara görə, Əkizlər beynəlxalq miqyaslı  böyük soyğunçuluq edə bilirlər.

QIZ BÜRCÜ

Qızlar ağıllarını onlara kömək edən xidmətçi kimi görürlər. Payızda doğulan qız bürcü tamamilə emosional fırıldaqçıdır və insanların hissləri ilə oynaya bilir. Qız bürcləri, ümumiyyətlə, heç kimin onlardan istifadə etməyinə icazə vermir, onlar tanışlığın ilk günlərindən sərhədlərini təyin edərək "yox" deməyi bilirlər.

Qız bürcü hər şeyi əvvəlcədən ən xırda təfərrüatına qədər düşünür və mükəmməl şəkildə dələduzluq edir.

DOLÇA

Onların təxəyyülləri sərhədsiz olsa da, ağıllarının səsinə qulaq asmağı bacarırlar və harada dayanmaq lazım olduğunu yaxşı bilirlər.  Dolçalar inadkardırlar. Yaxşı oynayır və yaxşı gizlənirlər. Fikirləşirlər ki, onları dinləyənlər onsuz da nə demək istədiklərini başa düşmür. Bu bürcdən olan insanlara yaxınlaşmaq çox çətindir, çünki nə qədər mehriban davransalar da, həmişə arada məsafə saxlayırlar. Dolça qədər sərt fırıldaqçı yoxdur. Onun ən yaxşı bacarığı isə manipulyasiyadır. Heç vaxt tutulmamasının səbəbi isə dediyi yalanları həqiqətə yönəldə bilməyidir.



Xəbəri paylaş

1598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___