Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müqəddəs kitablarda adı çəkilən meyvənin 1001 FAYDASI
Tarix: 16-09-2023 | Saat: 14:14
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Tövratda və Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.

Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.


Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır.

Nar çox yaxşı qurdqovucu təsirə malikdir.

Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertoniya və şəkərli diabet (təbii ki, az miqdarda və turş sortlar) xəstələri üçün çox xeyirlidir.

İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmi tez bir zamanda bərpa olunmasına kömək edir. Nar şirəsi insanın iştahasını artırır və immun sistemi möhkəmləndirir.

Nar şirəsi ilə bağlı oxucularımıza bir məsləhət verə bilərik. Mədənin selikli qişasını güclü qıcıqlandıran və dişlərin emalına mənfı təsir göstərə bilən bu şirə mütləq digər bir şirə ilə (məsələn, kök, çuğundur şirəsi ilə) və ya qaynanmış su ilə 1/1 bərabərlikdə qarışdırılmalıdır.

Nar iltihabəleyhinə təsirinə malik olduğuna görə stomatit, tonzillit (angina) və s. infeksiya, virus və bakteriyalar tərəfindən törədilən xəstəliklər zamanı istifadə oluna bilər. Bunun üçün  ilıq şəkildə olan su ilə qarışdırılmış nar şirəsi ilə ağız boşluğunu və boğazı qarqara etmək lazımdır.

İshal zamanı narın qabıqlarını qaynadıb gün ərzində 3-4 dəfə içmək lazımdır. Bu çox yaxşı nəticə verir.

Lakin bunu da bilmək lazımdır ki, bəzi xəstəliklər zamanı nar və nar şirəsinin istifadəsi qadağandır. Bu xəstəliklərin sırasında - mədə və onikibarmaq bağırsağın xorası, qastrit, pankreatit, tez-tez təkrar olunan qəbizliklər.



Xəbəri paylaş

2068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___