Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan valideynlərə ÇAĞIRIŞ
Tarix: 12-09-2023 | Saat: 16:39
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Son günlər əhali arasında infeksiyalar və kəskin respirator viruslar yayılıb. Xüsusilə azyaşlı uşaqlarda bu hallara daha sıx rast gəlinir.

Bəs uşaqlar arasında yayılan xəstəlik və səbəbləri nələrdir? Bu xəstəlik koronavirusun yeni növü ilə əlaqəlidirmi?

Ads by 
3
Reklamınızı SmartBee ilə effektiv edin.
Bu barədə Trend-in suallarını cavablandıran pediatr-reanimatoloq Qoşqar İsmayılovun sözlərinə görə, payız mövsümündə yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları yayılır.

"Qrip, influenza kimi respirator viruslar yavaş-yavaş aktivləşir. Uşaqlarda burun axması, öskürək, yüksək hərarət özünü göstərir. Bəzi uşaqlarda dəridə səpkilər əmələ gəlir. Sadəcə olaraq, bu virusların hər il yeni mutasiyaları, ştammları yaranır. Uşaqlar arasında yayılan bu xəstəlik koronavirusla əlaqəli deyil", - deyə o əlavə edib.

Yeni tədris ilinin başlanması ilə uşaqlar arasında virusun yayılmasının kəskin artamasına dair pediatr bildirib ki, xəstə uşaqlar bağça və məktəbə getməməlidir.

"Təbii ki, onlar qrip əleyhinə vaksinasiya oluna bilərlər", - deyə Q.İsmayılov bildirib.


Xəbəri paylaş

1988 dəfə oxunub.

Digər xəbərlər
16-10-2018, 17:36 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___