Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zakir Əliyev: “Yeddi aylıq qızım qucağımda dünyasını dəyişdi” - VİDEO
Tarix: 11-09-2023 | Saat: 12:12
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Əziz insanları hər zaman yanında görmək istəyirsən. O da mənim valideynlərimdir. Valideyn yarası heç zaman sağalmır. Yeni il gecəsi anam, üç ay sonra isə bacım Novruz bayramında dünyalarını dəyişdilər. Anamın vəfatından sonra iki ay dərin stres yaşadım. Bu itkini çox dərin keçirdim. Özümdə deyildim. Mənə söz deyirdilər, eşitmirdim. Bir şey deyirlər, yadımda qalmırdı”. 

 
Bu sözləri Əməkdar artist Zakir Əliyev verilişlərin birində deyib.
Anasını və bacısını itirən sənətçi bildirib ki, bu ağrını və acını dünyaya gələn qızı ilə ovutmağa çalışıb:

"Bacım dünyasını dəyişəndən sonra bir təsəlli kimi Allah bizə övlad payı verdi. Uşaq mələk idi. O, dünyaya gələndən sonra xəstəxanadan çıxaranda avtomobildə onu qucağıma aldım, inanmadım ki, bu uşaq mənim övladımdır. O, ay parçası kimi bir uşaq idi. Övladımın dünyaya gəlməsi məni o dərin stresdən çıxardı. O uşaq sanki dünyamı dəyişdi”.
Lakin Z.Əliyevin övlad sevinci çox çəkməyib. Belə ki, yeddi ayında ağır şəkildə xəstələnən müğənninin qızı Nərgiz dünyasını dəyişib.

"Amma bu xoşbəxtlik uzun sürmədi. Çünki övladım cəmi yeddi ay yaşadı. Adını Nərgiz qoymuşduq. O hissi yaşamışam... Digər övladlarım qızımın öldüyünü biləndə evdə bağırırdılar. Təcili yardımı çağırsaq da, kömək edə bilmədilər. Körpə çox pis xəstələndi, soyuqladı və bronxları tutuldu.

Evdə bir dəqiqənin içində nəfəsi getdi, gəlmədi. Yəni övladın körpə, kiçik, azyaşlı olmasından asılı olmayaraq valideynin qəlbində böyük iz salır. Həyat yoldaşımla kiçik bir qutu tapdıq. Körpəmizi o qutunun içinə qoyub kəndə apardıq. Körpəmi qardaşımla birgə böyük övlad kimi dəfn etdik. Mən bunu Allahın imtahanı hesab edirəm. Şükür Allahın məsləhətinə. Görünür ki, bütün bu stresləri mən yaşamalı idim”, - deyə Zakir Əliyev vurğulayıb.
 
///Bizim.media 
 



Xəbəri paylaş

1518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___