Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ailəsinin imtina etdiyi yeniyetmə: “Anam dedi ki, sənə təzə ata tapmışam" - VİDEO
Tarix: 23-08-2023 | Saat: 10:46
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Baku TV-də yayımlanan "Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı ailəsi tərəfindən küçəyə atılan 17 yaşlı Ruslandır.

Əlacsızlıqdan yarı tikili binalardan birində gecələyən Ruslan bildirib ki, valideynləri bir müddət öncə boşanıblar: "Anam dedi ki, sənə təzə ata tapmışam. Mən də dedim ki, təzə ata yox, səni istəyirəm”.

Ruslanın sözlərinə görə, ögey atası ilə bir evdə yaşamaq istəmədiyi üçün Zabratdakı sığınacağa üz tutub. Lakin bir müddət sonra anası onu sığınacaqdan çıxarıb, yaşadığı evə gətirib. Ögey atasından şiddət görən Ruslan evi təkrar tərk edib və küçədə yaşamağa başlayıb.
Baku TV-nin müraciətindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Ruslanı Bakıdakı sığınacaqlardan birinə təyin etdi. Lakin çəkilişdən 2 gün sonra verilən məlumata görə, Ruslan sığınacağı tərk edib.
 


Xəbəri paylaş

2038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___