Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazilə Səfərli: “Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var” - FOTO
Tarix: 16-08-2023 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

Şairə və qiraətçi Nazilə Səfərli dəhşətli qəza keçirən "Nikosayağı" adı ilə məşhurlaşan bloqer Nicat Şakirli ilə bağlı paylaşım edib. 

Xeberaz.Az bizim.media-ya istinadən bildriir ki, bloqerin oğlu ilə birgə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Nazilə baş verən hadisədən sarsıntı keçirdiyini yazıb. 

"Eşidəndən özümə gələ bilmirəm. Şəxsi tanışlığım olmasa da bir azərbaycanlı balasının pis günü olmasın. Hamının həyatda səhvi olur. Heç kim günahsız deyil. Allah səni körpə balana bağışlayıb. Allah qəzada ölən, ömrü nakam qalan oğlana da rəhmət eyləsin. İndi onun anası nə çəkir? Kaş deməyimiz gec olsa da kaş heç olmayaydı. Sükan arxasında olanlar içi mən qarışıq çox diqqətli olmalıyıq. Bizim səhvimizdən özümüzün və başqalarının çırağı sönməsin. Sərt ittiham edənlərə də sözüm budur ki, ağır cəza almışları danlamazlar. Məhkəməsiz, sorğusuz da Nicat çox ağır cəzalanıb. Ömürlük vicdan yarası var. Nikonun atasının yerinə siz də ola bilərdiniz. Bu hadisədən hamı dərs alıb məncə...", - deyə N.Səfərli vurğulayıb. 

Qeyd edək ki, Nicatın idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan bloqerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.     



Xəbəri paylaş

1588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___