Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“WhatsApp”dan yeni maraqlı funksiya
Tarix: 16-08-2023 | Saat: 10:22
Bölmə:Karusel / Texnologiya | çapa göndər

"WhatsApp" yeni maraqlı funksiyasını işə salır. Belə ki, artıq istifadəçilər süni intellektdən istifadə edərək öz stikerlərini yarada biləcəklər.

 Yenilik mesencerin "Android" üçün "beta" versiyasında görünüb.

Yeni funksiyaya əsasən stikerlər bölməsində "Yarat" düyməsi əlavə olunub. Onu kliklədikdən sonra istifadəçi stiker üçün mətn təsviri daxil etməlidir. "WhatsApp" süni intellektdən istifadə edərək təsvirə uyğun stikerlər dəsti yaradacaq, bundan sonra istifadəçi istədiyi stikeri seçərək onu söhbətə göndərə biləcək.

Stikerləri alan şəxs onların süni intellektdən istifadə olunmaqla yaradıldığı barədə bildiriş alacaq.
Yeniliyin "WhatsApp"ın bütün istifadəçiləri üçün nə zaman əlçatan olacağı açıqlanmayıb.



Xəbəri paylaş

1698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___