Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın yarısı ruhi xəstə olacaq - Alimləri QORXUDAN araşdırma
Tarix: 13-08-2023 | Saat: 19:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ alimlərinin genişmiqyaslı araşdırmasında dünyanın yarısının 75 yaşına qədər ruhi sağlamlığını itirəcəyi, xüsusilə qadınların narahatlıq pozuqluğu səbəbiylə təhlükə altında olduğu açıqlanıb.

Tədqiqatçılar depressiya və narahatlıq da daxil olmaqla 13 psixi sağlamlıq problemini araşdırıblar.

Qadınlarda böyük depressiya və narahatlıq pozğunluğu olma ehtimalı daha yüksək olub.

Araşdırmada 29 ölkədən 156 min şəxsin və Ümumdünya Səhiyyə Təşkilatının 20 illik məlumatlarından istifadə edilib. İki nəfərdən birinin qocalığa qədər ən azı bir psixi sağlamlıq pozğunluğu ola biləcəyi proqnozlaşdırılıb.

Həyatboyu ruhi xəstəlik inkişaf riski kişi iştirakçılar üçün 46 faiz, qadınlarda isə 53 faiz təşkil edib. Xüsusilə qadınların travma sonrası stress pozğunluğu üçün böyük risk altında olduğu bildirilib. Kişilər daha çox alkoqoldan sui-istifadə edirlər.

Böyük depressiv pozğunluq nisbəti hər iki cinsdə eyni dərəcədə yayılıb. Son bir neçə ildə ABŞ-da ruhi xəstəlik nisbətləri artıb və bu prosesdə intiharların sayı 45,900-dən 48,000-ə çatıb.

Son təhlillər psixi sağlamlıq böhranının ABŞ-la məhdudlaşmadığını, qlobal ölçülərə çatdığını vurğulayır. Harvard Tibb Məktəbi və Avstraliyanın Queensland Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, Yaponiya, İsrail, Avstraliya, Yeni Zelandiya, Meksika, Böyük Britaniya, Cənubi Amerika və Afrikanın bir sıra ölkələri iştirak edib.

"Lancet Psychiatry" jurnalında dərc olunan araşdırma haqqında danışan Dr. Con Makqrat "Ən çox rast gəlinən psixi sağlamlıq pozğunluqları böyük depressiya və ya narahatlıq çıxdı. Qadınların həyatları boyu narahatlıq pozğunluğuna sahib olma ehtimalı kişilərə nisbətən daha çox görünür", deyib.

Tədqiqatçılar bu psixi sağlamlıq pozğunluqlarının başlanğıc yaşının 15 olduğunu vurğulayıb. Harvard Universitetində sağlamlıq siyasəti üzrə ekspert kimi Dr. Ronald Kessler deyib: "Bu pozğunluqların tez-tez baş verdiyi yaşı təyin etməklə, müvafiq müdaxilələr hazırlamalı və risk altında olanları dəstəkləmək üçün resurslar tapmalıyıq".

ABŞ-da son illərdə psixi sağlamlıq pozğunluqlarının nisbətinin artması pandemiya zamanı təcrid və izolasiya dövründə daha da artıb. Amerikada ən çox gənclərə təsir edən bu virus dövrü fərdləri tənhalığa sürükləyib və onların sosial bağlar qura bilməməsinə səbəb olub.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin hesabatında 2021-ci ildə ABŞ-da orta məktəb şagirdlərinin 10 faizi son 12 ayda intihara cəhd etdiyini və bu nisbətin 2019-cu ildən bəri artdığını müəyyən edib.



Xəbəri paylaş

1448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___