Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qəribə hadisə: Tunelə “işığı söndürün, həyatım tort üfürəcək” pankartı asdı, həbs edildi
Tarix: 10-08-2023 | Saat: 19:45
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda "işığı söndürün, həyatım tort üfürəcək” plakatını tuneldən asan şəxs həbs edilib.

Məlumata görə, 1989-cu il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-Kut şəhərində anadan olmuş və hazırda Bakıda yaşayan Taleh Rayiz oğlu Cəbiyev xırda xuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.

Belə ki, 8 avqust tarixində, saat 18:30 radələrində tanışı olan xanım Taleh Cəbiyevdən üzərinə "işığı söndürün, həyatım tort üfürəcək” və digər sözlər yazılmış pankart hazırlayaraq, "Şəfa” stadionunun yaxınlığında yerləşən tuneldən asmasını xahiş edib. O, pankartı yol hərəkətini tənzimləyən vasitələrin üzərinə asdıqdan sonra, yolun ortasında dayanaraq şəkil çəkdirib və həmin fotonu tanışı olan xanıma göndərib. 

Bu zaman yol-patrul xidmətinin (YPX) əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib və yol hərəkətini tənzimləyən vasitələrin üzərini nə üçün örtdüyünü soruşub. Taleh isə ona "get işinlə məşğul ol” deyərək, səs-küy salıb və pankartı sökməyəcəyini bildirib.
YPX əməkdaşı dərhal hadisə yerinə post-patrul xidməti (PPX) çağırıb. Bu zaman Taleh hadisə yerindən qaçmağa çalışsa da, qarşısı alınıb.

Məhkəmənin qərarı ilə Taleh Cəbiyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.


Xəbəri paylaş

2058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___