Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 34 kişi arvadı tərəfindən zorakılığa MƏRUZ QALIB
Tarix: 04-08-2023 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860 Dəstək Xətti”nə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib.

Bu barədə məlumatı Bizim.Media-ya Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. 

Onun sözlərinə görə daxil olan ümumi müraciətlərin sayı 146-dır. 

Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib. “Dəstək Xətti”nə zorakılığa məruz qalma ilə əlaqədar müraciət edən qadınların sayı isə 122 olub. 

Komitə rəsmisi qeyd edib ki, məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb:

“Bütün müraciətlər dərhal araşdırılır. İcra hakimiyyəti orqanlarının müvafiq komissiyalarına və hüquq mühafizə orqanlarına göndərilir. Kişilərin müraciətlərində daha çox psixoloji faktor dayanır”.

Vətəndaşların müraciətlərində üstünlük təşkil edən mövzular isə bunlar olub:

Müraciətlərin 350-si məhkəmə qərarlarının icrası, 225-i məişət zorakılığı, 129-u işlə təmin olunma, 123-ü müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91-i müayinə və müalicə olunmaqda köməklikdən ibarət olub.

Bizim.Media



Xəbəri paylaş

2208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___